ETM

Erkən Təlim Mərkəzi

PYP

İbtidai Təhsil Proqramı

MYP

Orta Təhsil Proqramı

DP

Diplom Proqramı

Avropa Azərbaycan Məktəbinə xoş gəlmisiniz!

 Zəhmət olmazsa, veb-saytımızı tədqiq etməyə vaxt ayırın və AAM-nin niyə Bakıda aparıcı beynəlxalq məktəblərdən biri olduğunu nəzərdən keçirin.

Biz insanların gücünə və nail olmaq qabiliyyətinə inanan güclü bir icmayıq. Liderlər və təhsil işçiləri olaraq bizim öhdəliyimiz yalnız dəstək deyil, eyni zamanda təhsil verdiyimiz və birlikdə işlədiyimiz insanları düşündüklərindən daha çox şeyi əldə etmək üçün ruhlandırmaq və həvəsləndirməkdir. Bizim intensiv təhsil proqramımız və dörd təhsil bölməmizdə (ETM, İbtidai, Orta və Yuxarı Siniflər) olan fərdi yanaşma şagirdləri kompleks bir akademik proqrama maraq göstərməyə təşviq edir. Biz müxtəlif yaş qruplarını əhatə edən Beynəlxalq Bakalavriat proqramlarını - İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP) və Diplom Proqramını (DP) həyata keçiririk, çünki biz inanırıq ki, dünyada geniş yayılmış bu proqramlar şagirdlərimizin bir şəxsiyyət kimi inkişafını dəstəkləməklə onların akademik cəhətdən müvəffəqiyyət qazanmasına imkan yaradır. Diplom Proqramı, məzunlarımıza dünyanın ən yüksək təhsil standartları olan universitetlərinə qəbul olma imkanını verir və bu nəaliyyətlər bizim qürur mənbəyimizə çevrilir.

Məktəbimizdə şagirdlər sürətlə dəyişən dünyada uğur qazanmaq üçün lazım olan dinamik həyat bacarıqlarını və təcrübələri əldə edirlər. Bizim əməkdaşlıq mühitindəki təbii həyəcan hissi və optimizm şagirdləri motivasiya edir, belə ki, onlar komandada işləmək bacarığını və ömürlük dostluq əlaqələrini inkişaf etdirirlər.

Getdikcə az mənbələrə sahib olan qlobal cəmiyyətdə həm fərd olaraq, həm də birlikdə əldə etmək istədiyimiz işlərdə iddialı olmalıyıq. Çətinliklərlə üzləşmək və problemi həll etmək üçün uyğunlaşmağa və möhkəmliliyə, birlikdə irəliləmək və əməkdaşlıq etmək üçün isə empatiyaya ehtiyac duyuruq. Biz gəncləri hazırda bizim tam anlaya bilmədiyimiz gələcək bir həyata hazırlayırıq. Buna görə də şagirdlərimizin müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaları və başqaları ilə səmərəli ünsiyyət qurmalarına kömək edən geniş strategiya hazırlamalarına  dəstək veririk. 

Şagirdlərimizin istər akademik, istərsə də qeyri-akademik istedadlarını inkişaf etdirməyə kömək etdikcə, onlar eyni zamanda həm bir şagird, həm də bir şəxsiyyət kimi özlərini də kəşf edirlər. Hər bir insanın emosional, sosial və sağlam inkişafı ümumi bir məsuliyyətdir, buna görə də bütün icmamızın qeydinə qalmaq və ona qayğı göstərməyimiz üçün vahid bir yanaşmamız vardır.

Yaxın vaxtda hər birinizi Avropa Azərbaycan Məktəbində səbrsizliklə gözləyirəm.

Ən xoş arzularla,
Francesco Banchini,
Direktor

BİZİM NƏTİCƏLƏR

Burada siz məktəbimizin bəzi nailiyyətləri haqqında statistikanı görə bilərsiniz

İZLƏYİCİ
SİNİF
ŞAGİRD
SERTİFİKATLAŞDIRILMIŞ MÜƏLLİM

Video