Əlavə fealiyyətlər

Avropa Azərbaycan Məktəbi öz məqsədlərinə sadiq qalaraq hərtərəfli tədrisi təmin etməyə çalışır. Biz inanırıq ki, tədris proqramları ilə yanaşı, müxtəlif və geniş əhatəli əlavə fəaliyyətlər şagirdlərin liderlik etməyi bacaran və öz icmalarına töhvə vermək əqidəsi olan gənclər kimi yetişdirilməsində vacib rol oynayır.
EAS bütün şagirdlərin klub, idman, musiqi, dram və icma xidməti kimi əlavə fəaliyyət proqramlarında faəl iştirak etməsini gözləyir.