EAS kitabxanaları

Hazırda, EAS-da üç kitabxana fondu vardır: erkən, ibtidai və orta təhsil. Həmin fondlarda axtarış üç kitabxana kataloqu vasitəsi ilə aparılır. Fondlar ingilis, Azərbaycan və rus dillərindədir. Burada qrafik hekayələr, audio və elektron kitablardan tutmuş müxtəlif nəşrlərə elektron abunə xidmətləri vardır. Kataloqda axtarış aparmaq və elektron alətlərdən istifadə etmək üçün şagirdlər iPad-lardan istifadə edirlər.
Kitabxana fondları şagirdlərin təlimdəki inkişafına yardım edir. Kitabxana, xüsusilə də böyük maraq göstərilən ingilis dilinin tədrisi sahəsindəki materiallarla zəngindir. İngilis dilini öyrənərkən uşaqlar oxunun əyləncəli olduğunu və nəticə etibarilə bunun mümkünlüyünü öz təcrübələrində görürlər. Uşaqlara öz zövqlərinə uyğun asan oxu səviyyəsi və janr tapmaq üçün bələdçilik edilir və tövsiyələr verilir.
Orta təhsil pilləsi üçün fond isə IB Diplomu proqramını nəzərə alınmaqla tərtib edilmişdir. Burada geniş dünya ədəbiyyatının kolleksiyası və regional tarixə xüsusi yer verilən mənbə və elmi ədəbiyyat da vardır.
Kitabxana işçiləri bazar ertəsindən cümə gününə qədər, saat 8:00-dan 16:00-dək təlimat və mənbələrlə bağlı suallara cavab verirlər.

İbtidai məktəb kitabxanası

Orta məktəb kitabxanası

Siniflərin kitabxana cədvəli