Yeməkxana

Avropa Azərbaycan Məktəbində bütün şagird və işçi heyətinə həm səhər, həm də nahar yeməyini təmin edən tam işçi heyəti ilə fəaliyyət göstərən mətbəx və yeməkxana vardır.

hayat_catering

“Hayat Catering” yarandığı gündən etibarən sağlam və gigiyenik yemək istehsal etməklə fəaliyyət göstərən, infrastrukturunu daim inkişaf etdirən və işçilərinin təliminə xüsusi diqqət yetirən yemək xidməti şirkətidir. Şirkət artıq 3-cü ildir ki, EAS-da şagirdlər, müəllim və inzibati heyətə yemək xidməti göstərir. “Hayat Catering” keyfiyyət və gigiyena sahəsində ən son texnoloji avadanlıqlardan yararlanır, tanınmış brendlərdən tədarük etdiyi məhsullardan istifadə edir. Çünki, şirkət keyfiyyət və gigiyenaya ciddi əhəmiyyət verir. Yeməklərin bişirilməsindən təqdim edilməsinə qədərki bütün mərhələlər beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilir. Şirkət müəllim və şagirdlərə, inzibati heyətə daim yüksək keyfiyyətli xidmət göstərməyi əsas hədəf kimi götürmüşdür. Buna nail olmaq üçün iş prosesinin bütün mərhələlərinə ciddi nəzarət edilir, lazımi təftişlər aparılır və ehtiyac olanda müvafiq dəyişikliklər edilir. Yeməklər tanınmış markaların ən keyfiyyətli məhsullarından istifadə olunmaqla təcrübəli aşpazlar tərəfindən ləzzətli və keyfiyyətli hazırlanır. İstifadə edilən ət hər gün kəsilir və həmişə təzə olur – ət kəsimi şirkətin işçiləri tərəfindən həyata keçirilir. Yeməklər hazırlanarkən ən yaxşı yağlardan, gündəlik təzə meyvə-tərəvəzdən istifadə edilir. İstehsal və xidmət mərhələsində bütün işlər təcrübəli Qida mühəndisinin nəzarəti altında həyata keçirilir. Daha ətraflı məlumat üçün www.hayatcatering.az saytına daxil ola bilərsiniz.