EAS-da Nəqliyyat Xidməti

Avropa Azərbaycan Məktəbində Nəqliyyat Xidməti

EAS-da Nəqliyyat Xidməti müasir tələblərə cavab verən School Buslar vasitəsilə həyata keçirilir. Məktəbimizdə altı School Bus fəaliyyət göstərir. School Bus sürücüləri nəqliyyat koordinatoru tərəfindən verilmiş qrafik əsasında hər gün şagirdləri evlərinə ən yaxın dayanacaqdan götürərək məktəbə çatdırırlar. Gün ərzində servisdən 131 şagird istifadə edir. School Bus-lar şəhərimizin müxtəlif ərazilərindən fəaliyyət göstərirlər. Hər avtobusda bir bələdçi müəllimə də işləyir. Şagird avtobusa minən kimi bələdçi müəllimə şagirdin təhlükəsizlik kəmərini bağlayır və bundan sonra avtobus hərəkətə başlayır. Bələdçi müəllimələr xüsusi bələdçi təlimatına əsasən fəaliyyət göstərirlər. Bu təlimata əsasən avtobusda şagirdin maksimum təhlükəsizliyi təmin olunur. Dərs bitdikdən sonra bələdçi müəllimələr avtobuslarda şagirdləri yoxlayırlar və bundan sonra avtobuslar məktəb ərazisindən çıxırlar. Bələdçi müəllimə hər bir şagirdin ünvanına çatdıqda onun valideyninə zəng vurur, yalnız valideyn gəldikdən sonra avtobusun qapısı açılır və şagird valideyninə təhvil verilir.
EAS-da School Bus-larda çalışan sürücülər bütün dünyada məşhur olan BP Təhlükəsizlik Qaydalarına əsasən hər üç aydan bir yoxlanılırlar. Bundan əlavə sürücülərimiz İlk Tibbi Yardıma aid bütün qaydaları bilirlər.
School Bus-lar yanğınsöndürən balonlarla və ilk tibbi yardım çantaları ilə təchiz olunmuşdur. Avtobuslarda GPS naviqasiya sistemi və müşahidə kameraları quraşdırılıb. Bu kameralar avtobusun salonunu və avtobusun xaricini fiksasiya edir.
Məktəbimizdə iki minik avtomobili də fəaliyyət göstərir. Həmin avtomobillər gün ərzində məktəbə gələn qonaqlar üçün, həmçinin məktəbin digər işləri üçün çalışırlar.

avtobusi.jpg