Bu gün “Müəllimlərlə görüş” tədbiri keçirildi

Bu gün, Avropa Azərbaycan Məktəbində saat 14:00-da “Müəllimlərlə görüş” tədbiri keçirildi. Tədbirdə, şagirdlərin valideynləri övladlarının müəllimləri və sinif rəhbərləri ilə görüşüb, dərs cədvəli haqda məlumat alıb, yenilənmiş siniflərə baxıblar.