Avropa Azərbaycan Məktəbində yeni 2017/2018 tədris ilinin açılışı oldu

Bu gün, sentyabrın 5-də Avropa Azərbaycan Məktəbinin (EAS) ibtidai təhsil binasında yeni tədris ilinin açılışı oldu. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. EAS-ın direktoru Qari Krippin öz çıxşında müəllimləri və şagirdləri yeni dərs mövsümünün başlanması münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı. Q.Krippin ibtidai təhsil pilləsi üzrə məktəbdə baş verən dəyişiklər haqda məlumat verdi və yeni direktor Renata Novruzovanı təqdim etdi. Renata xanım öz növbəsində bu etimada görə minnətdarlığını bildirərək yeni tədris ilində hamıya uğurlar arzuladı.

Daha sonra şagirdlərin ifasında çıxışlar oldu. Nəhayət ki, ilk zəng çalındı və I, II, III və IV sinif şagirdləri öz müəllimlərinin müşayiəti ilə məktəb binasına daxil olub sinif otaqlarına yollandılar. Bundan sonra valideynlərə övladlarının sinif otaqlarına keçərək müəllimləri ilə söhbət etmək və xatirə şəkilləri çəkdirmək üçün şərait yaradıldı.