EAS–da CİS tam akreditsiyasının son mərhələsi keçirilir

Hörmətli valideynlər,

Məktəbimizdə Beynəlxalq Məktəblər Şurasının (CIS) tam akreditasiyasını almazdan əvvəl keçirilən yekun mərhələlərdən biri bu həftə (12-15 sentyabr) baş tutmaqdadır. CIS akreditasiyası dünyada təhsil üzrə ən yüksək akreditasiyalardan biri hesab edilir. Hal-hazırda dünyada təşkilat tərəfindən akreditasiya olunan məktəblərin ümumi sayı 733-dür. Akreditasiyanı əldə etmək üçün məktəb həyatının bütün sahələri yoxlanılır və onların beynəlxalq standartlara cavab verib-vermədiyi araşdırılır.  Proses zamanı məktəbə beynəlxalq təhsil komandası tərəfindən bir neçə səfər təşkil edilir və məktəb öz namizədliyini təsdiq etmək üçün ətraflı hesabat və hesabatı dəstəkləyən sənədləri təqdim edir. 

CIS akreditasiyası dünyanın bir çox təhsil departamentləri tərəfindən tanınır. Bu ölkələrin sırasına ABŞ, BB, Avstraliya, Çin, Kanada, Türkiyə və digərləri daxildir. EAS Bakıda bu akreditasiyanı alan ikinci məktəb olaraq dünyada beynəlxalq təhsil təklif edən məktəblərin sırasına daxil ola biləcəkdir. Onu da qeyd edim ki, məktəbdə səfərdə olan qonaqlarımız ELC-dən 11-ci sinfə qədər tədris edilən proqramlarla tanış olmuş və akreditasiya almaq üçün sonuncu mərhələyə başlamağa hazır olduğumuzu bildirmişlər. 

CIS akreditasiyası nədir? Akreditasiyanın alınması məktəbdə beynəlxalq təhsil standartlarının yüksək səviyyədə ödənildiyini və davamlı inkişaf prosesinin təmin edildiyini göstərir. Akreditasiya eyni zamanda bizim məzunları qəbul etmək istəyən universitetlərə onların keyfiyyətli təhsil aldığını sübut edən bir göstəricidir. 

Beynəlxalq Bakalavriatın PYP və DP, həmçinin Kembricin IGCSE proqramları üzrə avtorizasiya əldə etdikdən sonra biz çox şadıq ki, CIS akreditasiyasının da son mərhələlərini yekunlaşdırmaq üzrəyik. 

Hörmətlə,

Qari Krippin
Direktor