Ənənəvi “Çay süfrəsi”

18 Sentyabr 2017-ci ildə saat 17:30-da Avropa Azərbaycan Məktəbinin ibtidai məktəb binası akt zalında Erkən Təlim Mərkəzi valideynləri üçün “Çay süfrəsi” təşkil olundu. Məktəbin direktoru Qari Krippin valideynləri salamladıqdan sonra, ETM PYP koordinatoru və İbtidai məktəb Kurikulum koordinatoru Şəms Əlyarova valideynlərə ELC PYP proqramı haqda məlumat verdi, valideynlərin tədrislə bağlı suallarını cavablandırdı.