“Mars Academy”-nin Robotics dərslərinin “Lego Base” modulunun final layihəsi keçirildi

16 dekabr 2017-ci ildə Avropa Azərbaycan Məktəbində “Mars Academy”-nin Robotics dərslərinin “Lego Base” modulunun final layihəsi keçirildi. Tədbirdə şagirdlər öz işlərini təqdim etdilər. Tədbir iştirakçıları müvafiq sertifikatlarla mükafatlandırıldılar.