2007-2012-ci il doğum tarixli uşaqlar arasında üzgüçülük üzrə açıq birincilik yarışı

Avropa Azərbaycan Məktəbi 17 dekabr 2017-ci il tarixində 2007-2012-ci il doğum tarixli uşaqlar arasında üzgüçülük üzrə açıq birincilik yarışı keçirtmişdir. Yarışa AAM, ŞÜA, FS. Kristal, Sportsiti, Akvatik, Təhsil, MOİK, Atilla, Səhətçi komandalarından 90 gənc üzgüçü qatılmışdır. Yarışı Avropa Azərbaycan Məktəbi orta təhsil binasının direktoru Maykl Drennan təbrik sözü ilə açmış, yarış iştirakçılarına uğurlar arzu etmiş və təbriklərini bildirmişdir. Xüsusi təşəkkürlər yarışın hakimləri Cəmil Dadaşova, Yana Xasyanovaya, Günay Xasayevaya, Tatyana Arsentyevaya bildirildi. Yarışda 32 komplekt medal uğrunda mübarizə aparıldı. Yarışlar yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildi.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell