Orta təhsil bölməsi klubları

Orta təhsil bölməmizdə klub fəaliyyəti elmlərin tədrisi qədər əhəmiyyətli bir yer tutmaqdadır. Klub fəaliyyəti şagirdlərdə aktivlik, çeviklik, sərbəstlik, prinsiplilik və s. kimi bacarıqlar yaradır. Sosial klublar şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini və istedadlarının düzgün yönləndirilməsini təmin etmək məqsədi daşıyır.

Məktəbimiz sizin övladınızın məktəbdə keçirdiyi vaxtı daha da səmərəli etmək üçün yeni layihələr hazırlamaqdadır. Planımız şagirdlərin qazandıqları biliklərin tətbiqi üçün şərait yaratmaq və onların biliklərini daha da dərinləşdirmək, fiziki sağlamlıqlarının qayğısına qalmaq, komanda ruhunda tərbiyə etmək, ev tapşırıqlarının sadəcə həlli deyil, həll etməyin yollarını öyrətmək, məktəbdənkənar yarış və müsabiqələrdə iştirakını təmin etməkdir. Bununla bağlı məktəbimizdə peşəkarların da qatıldığı 40-dan çox klub fəaliyyət göstərir. Bunlara: Xalça, Keramika, Əl işləri, Basketbol, Modern drawing, Ebru, Dram (Azərbaycan və rus), Xəmsə, Konstruktor və s. göstərmək olar.

Orta təhsil bölməmizdə klublarla yanaşı dərssonrası fəaliyyətlər də təşkil edilir. Biz bununla şagirdlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı həm də CAS proqramı çərçivəsində şagirdlərlə iş birliyi qururuq.

Dərssonrası fəaliyyətlər ödənişsiz və ödənişli olmaqla iki yerə bölünür. Buraya əsasən idman, incəsənətyönlü fəaliyyətlər daxildir. Ödənişli klublar davamlı fəaliyyət göstərir və peşəkarlar yetişdirir. Ödənişsiz fəaliyyətlər isə şagirdlərin asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, onların gələcəkdəki seçimlərini istiqamətləndirməyə yaxından kömək edir.

Qeydiyyatdan keç logotype1