Avropa Azərbaycan Məktəbinin 6-cı sinif şagirdi Nərgiz Quliyeva “Dünya Alimlər Kuboku” olimpiadasında finala vəsiqə qazanıb

Avropa Azərbaycan Məktəbinin 6-cı sinif şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş “Dünya Alimlər Kuboku” olimpiadasında uğur əldə edərək finala vəsiqə qazanıb. Bu yarışmada Azərbaycan Respublikasını ilk dəfə olaraq yeganə Nərgiz Quliyeva təmsil edib. Yarış 60 ölkədən olan 2100 şagirdin iştirakı ilə ingilis dilində keçirilmişdir. Yarışın yarımfinal mərhələsində 5 gün müddətində şagirdlər ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə bilik və bacarıqlarını sınayıblar. Olimpiadada uğurla çıxış edən Nərgiz Quliyeva 4 qızıl və 3 gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil etmiş və ABŞ-da yerləşən dünyanın ən nüfuzlu universitetlərindən biri olan “Yale” univeristetində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır. O, burada yarışlarda iştirakla yanaşı tələbələr ilə bərabər universitetin professor heyyətinin mühazirələrini dinləyəcəkdir. Qeyd edək ki, Nərgiz Quliyeva 2018-ci il yanvarın 25-də Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Bakı turnirində şagirdlər arasında ən yaxşı nəticə göstərərək İspaniyanin Barselona şəhərində keçirilən yarımfinal mərhələsinə vəsiqə qazanmışdı.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell