Avropa Azərbaycan Məktəbində yeni 2018/2019 tədris ilinin açılışı oldu

Sentyabrın 4-də Avropa Azərbaycan Məktəbinin (EAS) ibtidai təhsil binasında yeni tədris ilinin açılışı oldu. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. EAS-ın direktoru Qari Krippin öz çıxşında müəllimləri və şagirdləri yeni dərs mövsümünün başlanması münasibəti ilə təbrik etdi və onlara uğurlar arzuladı.

Daha sonra şagirdlərin ifasında çıxışlar oldu. Nəhayət ki, ilk zəng çalındı və I, II, III və IV sinif şagirdləri öz müəllimlərinin müşayiəti ilə məktəb binasına daxil olub sinif otaqlarına yollandılar. Bundan sonra valideynlərə övladlarının sinif otaqlarına keçərək müəllimləri ilə söhbət etmək və xatirə şəkilləri çəkdirmək üçün şərait yaradıldı.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell