Müəllimlər və İşçi heyəti üçün konfrans

26 və 27 Avqust tarixində Avropa Azərbaycan Məktəbində müəllimlər və işçi heyəti üçün xüsusi konfrans baş tutdu. Xüsusi təlimlərdən ibarət olan konfrans iştirakçılara öz bilik və bacarıqlarını inkişaf etdirməyə şərait yaratdı. Yeni dərs ilinə tam hazır olan Avropa Azərbaycan Məktəbi artıq şagirdlərini qəbul etməyə hazırdır.
Avropa Azərbaycan Məktəbinin əsas missiyası hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları təmin etməkdir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhfə vermək səlahiyyətinə malik dərindüşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell