Məktəb haqqında

Avropa Azərbaycan Məktəbinin missiyası

Avropa Azərbaycan Məktəbi hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları təmin edir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhfə vermək səlahiyyətinə malik dərindüşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir.

Məktəb haqqında

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş, Azərbaycan, Belçika, Fransa, Almaniya və Birləşmiş Krallıqda nümayəndəlikləri olan ümumavropa təşkilatı - Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş özəl ümum təhsil məktəbidir. Məktəb Azərbaycan Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir, lakin Məktəb rəsmi təsdiqini aldığı xüsusi beynəlxalq proqramları təklif etdiyinə görə dövlət məktəblərindən fərqlənir. Bu proqramlara Beynəlxalq Bakalavriat Təşkilatının (IB) İbtidai Təhsil Proqramı (PYP), Kembric Beynəlxalq İmtahanları və Beynəlxalq Bakalavriat Təşkilatının (IB) Diplom Proqramı (DP) daxildir. 2012-ci ildə 95 şagirdi olan məktəb genişlənərək hazırda 780 şagirdə təhsil verir və Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb, həmçinin Beynəlxalq Məktəblər Şurası (CİS) şəbəkəsinin də üzvüdür. 2017-ci ildə Məktəbin Beynəlxalq Bakalavriat Təşkilatının (İB) Diplom Proqramı məzunlarının ilk buraxılışı oldu. Orta məktəbdə milli təmayülü seçən şagirdlər qəbul imtahanlarından yüksək bal toplayaraq Azərbaycanda ən yaxşı universitetlərə qəbul olunmuşlar. Xaricdə təhsil almağı arzulayan şagirdlərə kömək etmək üçün orta məktəbdə universitetlər üzrə məsləhətçi tam ştatda fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbi fəaliyyətini iki binada həyata keçirir. Yasamal rayonunda yerləşən ilkin məktəb binasında erkən təlim və ibtidai təhsil bölməsində təhsil alan şagirdlər, xüsusi məqsədlər üçün tikilmiş Badamdar qəsəbəsində yerləşən yeni binada isə V-XI sinif şagirdləri təhsil alırlar. Yaxın gələcəkdə İbtidai məktəb binasının yaxınlığında yerləşən Erkən Təlim Mərkəzi binasının açlışını planlaşdırırıq.

 Əksər şagirdlərin Azərbaycan vətəndaşları olmağına baxmayaraq, Məktəbimizdə keçən il qəbul olunmuş digər ölkələrin vətəndaşları olan şagirdlər də təhsil alırlar. Bizim tədris heyətində gəldikdə isə, bu yüksək ixtisaslı Azərbaycanlı və əcnəbi müəllimlərdən ibarətdir. Bütün müəllimlərdən pedaqoji təcrübənin, yüksək akademik ixtisas səviyyəsinin və beynəlxlaq proqramları tədris edərlərsə, ingilis dilində mükəmməl ünsiyyət bacarıqlarının olması gözlənilir. 

2017-2018-ci dərs ilində yeni təşəbbüslərdən biri V-VII siniflərdə uşaqların həm təhsil, həm əd sosial ehtiyaclarına uyğun olan müvafiq orta məktəb proqramı yaratmaqdır. Biz IV sinif üzrə İbtidai Təhsil Proqramı ilə fasiləsiz əlaqələndirmı yaratmağa və VIII sinif üzrə İGCSE (Orta Təhsil üzrə Ümumi Beynəlxalq Sertifikat) proqramına keçəcək şagirdlərin elmi, linqvistik və sosial baxımından tam hazır olmasını təmin etməyə çalışırıq. Bununla yanaşı, ingilis dili biliyi zəif olan şagirdlər üçün mütəxəssis müəllimlər tərəfindən dəstək proqramı da təklif olunacaqdır.

Bir məktəb kimi öz baxışlarımıza uyğun olaraq biz Azərbaycan vətəndaşları üçün ünsiyyət və təlimin iki dildə: həm Azərbaycan, həm də ingilis dillərində aparılmasını təmin edirik. 2017-2018-ci dərs ilində biz yuxarı siniflərdə yalnız rus dilini deyil, baçqa xarici dilləri də tədris edəcəyik. Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə kurikuluma daxil olan fənlərlə yanaşı incəsənət, dizayn, musiqi, şahmat və üzgüçülük kimi sahələrdə də öz istedadlarını inkişaf etdirmək imkanı yaradır. Həm ibtidai, həm də orta təhsil bölməsindəki zəngin fakultətiv proqramlar şagirdlərə basketbol, futbol və voleybol kimi komanda şəklində oynanılan idman növləri, eyni zamanda rəqs, şahmat, debatlar, şagird qəzeti, BMT modeli (MUN), musiqi və keramika kimi klub fəaliyyətlərində də iştirak etmək imkanını təmin edir. Orta məktəb bölməsində şagirdlər müntəzəm olaraq beynəlxalq yarışlarda iştirak edirlər.

Şəhərin mərkəzinə yaxın yerdə yerləşən Avropa Azərbaycan Məktəbi, şagirdləri məktəb həyatı və təlim üçün ən müasir şəraitləri olan binalarla təmin edir. Binalarımız şagirdlərin fəaliyyətinin ənənəvi sinif otaqlarında, eyni zamanda qaçmaq və oynamaq üçün əlverişli açıq meydançalar da daxil olmaqla xüsusi fənn laboratoriyalarında həyata keçirilməsini təmin edir.
Texnologiya güclü tədris və təlim vasitəsi kimi geniş şəkildə istifadə olunur. Şagirdlərin dərslərinin ən son texnologiyalardan istifadə edərək daha maraqlı keçməsini təmin etmək üçün sinif otaqları interaktiv lövhələrlə təchiz olunmuşdur. Hər bir sinif otağında tədqiqat və müxtəlif səviyyəli təlim fəaliyyətləri üçün iPad və kompüter dəstlərindən istifadə etmək imkanları mövcuddur.
Avropa Azərbaycan Məktəbinin ən müasir şəraitləri olan iki müasir məktəb korpusu - Yasamal rayonu ərazisindəki ibtidai məktəb və 2015-ci ilin sentyabr ayında açılmış Badamdar qəsəbəsindəki orta məktəb korpusu inşa edilmişdir. Məktəb xüsusi olaraq inşa ediləcək Erkən Təlim Mərkəzinin korpusunun açılmasını da planlaşdırır. 

Məktəb binalarında aşağıdakılar mövcuddur:

Orta məktəb: 

Xüsusi ixtisaslaşdırılmış otaqlar 
Təbiət elmləri - kimya, fizika və biologiya laboratoriyaları
850 nəfərlik tamaşaçı zalı 
İdman zalı 
Fitnes mərkəzi
25 metr uzunluğu olan üzgüçülük hovuzu 
İfaçılıq Sənəti Mərkəzi 
Kitabxana və təlim zonaları 
Yeməkxana
Tibb Mərkəzi
Təsviri Sənət Emalatxanası 
Səsyazma və video studiyası 
Robot texnikası və animasiya laboratoriyası
Yuxarı sinif şagirdləri üçün Təlim Mərkəzi

İbtidai məktəb və Erkən Təlim Mərkəzi: 

Xüsusi ixtisaslaşdırılmış otaqlar (musiqi, təsviri incəsənət, dillərin tədrisi)
İdman zalı 
Üzgüçülük hovuzu 
200 nəfərlik akt zalı
Yeməkxana
Macəra dolu oyun meydançası 
Kompüter laboratoriyaları
Tibb Mərkəzi 
Kitabxana və Təlim Mərkəzi
Erkən yaşdan (5 yaşdan) başlayaraq şagirdlər üçün "Məktəb avtobusu" xidməti fəalliyət göstərir.