Bizim baxışımız

Məktəbin missiyası haqqında məlumat

Avropa Azərbaycan Məktəbi  hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər  və tənqidi təfəkkütrün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları təmin edir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhvə vermək səlahiyyətlərinə malik dərindüşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir. 

Məktəbin baxışı

Avropa Azərbaycan Məktəbi şagirdlər üçün öyrənmək həvəsini artıran, təlim və tədrisin iki dildə aparıldığı beynəlxalq təhsil ocağıdır. Biz şagirdlərin fərdi inkişafına gətirən zəngin və müvafiq təlim (öyrənmə) imkanlarını təmin edirik. Şagirdlərimizin yüksək nailiyyətlər əldə edəcəyi və XXI əsr innovativ tədris və təlim proqramlarımızın fərdi mükəmməlliyə şərait yaradacağı istiqamətində gözləntilərimiz vardır. 

Davranış üzrə qoyulmuş müvafiq və əsaslandırılmış qaydalar heç kəsin başqasının öyrənməsinə mane olmamasını təmin edir. Bütün işçi heyətinin və şagirdlərin özlərini təhlükəsiz hiss etdiyi məktəb mühitində insanlara hörmət və əmlaka qayğıkeş yanaşma birinci dərəcəli əhəmiyyət kəsb edir. 

Avropa Azərbaycan Məktəbi öz işçi heyəti və şagirdlərinin bacarıq və qabiliyyətlərinin, eləcə də mənşəyinin müxtəlifliyi ilə fərqlənir. Biz zəngin irsimizi yüksək qiymətləndiririk.

Avropa Azərbaycan Məktəbi tərəfindən təklif olunan xüsusi və innovativ proqramlar güclü əməkdaşlıq şəbəkəsi əsasında qurulur, çünki biz:

• güclü ev-məktəb əlaqələri yaradırıq.
• məktəbin səmərəli şəkildə fəaliyyət göstərən icmasını yaratmaq üçün zəngin milli və mədəni müxtəlifliyini dəyərləndiririk. 
• proqramlarımıza daha geniş icmanı cəlb edir, yerli şirkət və müəssisələrlə qarşılıqlı faydalı əlaqələr qururuq.

Avropa Azərbaycan Məktəbinin işçi heyəti məktəbin ümumi baxışlarına sadiq qalır. Biz qarşılıqlı inam və məsləhəti yüksək qiymətləndiririk. Peşəkar əlaqələr səmərəli əks-əlaqənin qurulması və qəbul edilməsi bacarıqlarına əsaslanır.

Biz bütün işçi heyətiminin bacarıq və iş təcrübəsini yüksək qiymətləndiririk.

İşçi heyəti mükəmməlliyə şərait yaradan təlim mühitini yaratmaq üçün müvafiq qabiliyyətlərinə və öhdəliklərinə görə seçilir. Onların təhsilə böyük həvəsi və effektiv ünsiyyət qurmaq bacarığı var. Əməkdaşlarımızın peşəkar inkişafına davamlı investisiya qoyuluşu etməklə biz şagirdlərimizin xüsusi ehtiyaclarına uyğunlaşdırılmış kurikulum və effektiv tədrisi təmin edirik. “Ömürboyu (fasiləsiz) təhsil” kontekstində oxu-yazı, riyaziyyat, texnologiya və təbiət elmləri üzrə problemləri həll etmək bacarıqları prioritet təşkil edir və məktəbin kurikulumu çərçivəsində inteqrasiya olunur.

Avropa Azərbaycan Məktəbinin məzunları özləri, ailələri və məktəbləri ilə qürur hissi duyurlar. Onların təfəkkür bacarıqlarının zəngin repertuarı var və bundan əminliklə istifadə edirlər. Onlar daxilən güclüdürlər, onlara güvənmək olar və çətinliyə düşdükdə, qətiyyətlilik göstərirlər. Onlar çevik, tolerant və açıq fikirlidirlər.

Hər kəsin öyrənmək və öz potensialını bütövlüklə inkişaf etdirmək hüququ bizim birlikdə fəaliyyətimizin mərkəzində durur. Qayğıkeş, intizamlı təlim mühitində Məktəb akademik, idman, incəsənət və mədəniyyət sahəsində uğurlara şərait yaradır və bu fəaliyyətləri ilə məşhurdur.
Avropa Azərbaycan Məktəbi aşağıdakıları həyata keçirəcəkdir:

• nailiyyət əldə etmək mədəniyyətini aşılamaq və müvəffəqiyyəti bayram etməyi dəstəkləməklə məktəb həyatının bütün sahələrində mükəmməlliyə can atmaq;
• məktəb həyatının bütün sahələrini beynəlxalq meyarlara uyğunlaşdırmaq;
• bütün şagirdləri müvafiq səviyyədə yarışa cəlb edən geniş əhatəli, düşünülmüş və innovativ kurikulum təklif etmək;
• cəmiyyətdə ümumi qəbul edilmiş “adət-ənənələr” barədə məlumatlılıq və tənqidi yanaşma yolu ilə maarifləndirməni gücləndirməklə hörmət, dözümlülük və özünəhörmətin müsbət dəyərlərini təlqin etmək;
• həm güclü korporativ şəxsiyyət yaradan, həm də fərdin inkişafına imkan verən, dəstəkləyici mənəvi təlimat çərçivəsini tətbiq etmək;
• yaşamaq, öyrənmək və irsimizi yüksək dəyərləndirmək üçün stimullaşdırıcı və həyat keyfiyyətini artıran mühiti təmin etmək;
• şagirdləri öz müvafiq sahələrində ruhlandıra biləcək ixtisaslı, istedadlı və qabaqcıl düşüncəyə malik işçiləri cəlb etmək və inkişaf etdirmək; 
• həm ən yüksək nailiyyət səviyyəsinə, həm də güclü istifadə imkanına malik olan zəngin və geniş əhatəli kurikulum proqramını təklif etmək;
• bir sıra müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirərək daha geniş icma ilə yaxşı əlaqələr saxlamaq;
• Şagirdləri texnologiyanın getdikcə daha çox istifadə edildiyi gələcəyin çətinlikləri və imkanlarına hazırlamaq.

Bizim baxışımız ondan ibarətdir ki, Avropa Azərbaycan Məktəbində olduqları müddət ərzində gənclərimiz:

• dəyişikliklərin və çətin cəmiyyətdə yaşamaq tələblərinin öhdəsindən gələn fərdlər olsunlar;
• məsələlərə yanaşmalarında sorğulayan, dünyagörüşlərində çevik və həqiqətə hörmət və qayğı ilə yanaşan insanlar olsunlar;
• güclü özünəhörmət və toxunulmazlıq kimi hisləri olan insanlar olsunlar;
• real məqsədləri müəyyən edən, çətinliklərin öhdəsindən gələn, yüksək nailiyyət və davranış standartlarına can atan insanlar olsunlar;
• birlikdə işləmək və bir-birinə dəstək vermək üçün hazırlanmış insanlar olsunlar;
• beynəlxalq perspektivli və mədəniyyəti qiymətləndirən insanlar olsunlar.