Təhsil haqqı

Təhsil pilləsi Təhsil haqqı Xarici vətəndaşların övladları
Erkən Təlim Mərkəzi 6 750 AZN
İbtidai siniflər (I-IV) 9 800 AZN 12 500 AZN
Orta təhsil üzrə siniflər (V- IX) 12 000 AZN 14 000 AZN
Orta təhsil üzrə siniflər (X-XI)*

14 000 AZN

15 500 AZN

*Milli istiqamət üzrə XI sinif “Şagird”i üçün təhsil haqqı 10 500 AZN-dir.

1. Təhsil haqqı ödənişinə 1 dəst məktəbli forması, dərsliklər, həmçinin məktəbin yeməkxanasında səhər və günorta yeməkləri daxildir.

2. Hər bir proqram üzrə ilkin depozit ödənişi ümumi təhsil haqqının 20%-ni təşkil edir. Depozit məktəbə qəbul barədə bildirişdən sonra 5 iş günü ərzində ödənilməlidir və bu, şagirdin məktəbdəki yerini təsdiq edir. Əgər təhsilini davam etdirən şagird may ayının 1-dək depoziti ödəməzsə, onun adı cari şagird siyahısından çıxarılacaqdır; əgər o bu tarixdən sonra EAS-da təhsilini davam etdirmək qərarını bildirərsə, bu zaman “yeni” şagird üçün nəzərdə tutulmuş daha yüksək təhsil haqqını ödəməlidir.

3. Ərizə ilə müraciət üçün ödəniş: Valideyn EAS-a qəbul ərizəsi ilə müraciət etdikdə, şagirdin imtahanda iştirakından əvvəl, geri qaytarılmayan 50 manat məbləğində ödəniş etməlidir. Avtobus xidməti üçün ödəniş: Valideyn övladının il ərzində məktəbin avtobus xidmətindən istifadə etməsini arzu edərsə, ödəniş məbləği nəqliyyat şöbəsinin müəyyənləşdirdiyi cədvələ uyğun olacaqdır.

4. Təhsil haqqı birdəfəlik, iki hissəli və ya aylıq ödəniş şəklində ödənilir: Birdəfəlik ödəniş: Valideyn əvvəlki illərdən məktəbdə təhsil alan şagird üçün mayın 1-dək növbəti tədris ili üzrə təhsil haqqını tam şəkildə ödədikdə, ona ümumi məbləğin 5%-i həcmində güzəşt edilir. Valideyn sentyabrın 1-dək yeni qəbul olunmuş Şagird üçün 5 iş günü müddətində təhsil haqqını tam şəkildə ödədikdə, ona ümumi məbləğin 5%-i həcmində güzəşt edilir; İki hissəli ödəniş: 20% ilkin depozit ödənildikdən sonra qalan məbləğ ödəniş üçün iki hissəyə bölünür. Ümumi təhsil haqqı ödənişinin 30%-i 25 avqust, ümumi təhsil haqqı ödənişinin 50%-i isə 25 yanvar tarixinə qədər ödənilir; Aylıq ödəniş: ödəniləcək təhsil haqqının ümumi məbləğinə 10% əlavə olunur. 20% ilkin depozit ödənildikdən sonra qalan ümumi təhsil haqqı ödənişinin 80%-i 8 hissəyə bölünməklə sentyabr-aprel ayları ərzində hər ayın ilk 5 iş günündə ödənilir.

5. Müqaviləyə xitam verilməsi: Şagird tədris-təlim prosesi ilə əlaqəsini üzürsüz səbəbdən itirdikdə; Valideyn və ya şagird “Məktəb Nizamnaməsinin”, “Məktəbdaxili fəaliyyət qaydaları”nın və bu Müqavilənin tələblərini pozduqda; Təhsil haqqı vaxtında ödənilmədikdə.

6. Məktəbə gec qəbul olunma üzrə siyasət:
Şagird məktəbə I (birinci) yarımil ərzində qəbul edilərsə, gəlmədiyi aylar çıxılmaq şərti ilə hesablanmış ümumi təhsil haqqı ödənişinin 50%-i 1 (bir) iş günü ərzində, digər 50%-i isə 25 yanvar tarixinə qədər ödənilir. Şagird məktəbə II (ikinci) yarımildə qəbul edilərsə, ümumi təhsil haqqı ödənişinin 50%-i gəlmədiyi aylar çıxılmaq şərti ilə 1 (bir) iş günü ərzində ödənilir.

7. Təhsil haqqı tam şəkildə ödənilmiş şagird oktyabrın 1-dək məktəbdən çıxdığı təqdirdə ödənilən təhsil haqqı məbləğinin 60%-i, dekabrın 1-dək “Məktəb”dən çıxdığı təqdirdə isə ödənilən təhsil haqqı məbləğinin 40%-i geri qaytarılır.

8. Qardaş/bacı ilə bağlı güzəşt: Eyni ailədən iki uşaq olduqda, EAS-da ikinci uşağın təhsil haqqına 20% güzəşt edilir. Bu güzəşt təhsil haqqı az olan şagird üçün tətbiq edilir. Eyni ailədən gələn üçüncü uşaq üçün eyni əsaslarla 10%-lik güzəşt nəzərdə tutulmuşdur.

9. Maliyyə yardımı: Himayədarlar Şurası yüksək təhsil nəticələri göstərən, lakin ailəsinin maliyyə çətinlikləri olan məktəbin hazırki şagirdlərini dəstəkləmək üçün Maliyyə Yardımı Proqramını həyata keçirir. Maliyyə Yardımı ilə maraqlanan valideynlər məktəbin internet səhifəsindən və ya məktəbin qəbul şöbəsindən məlumat əldə edə bilərlər. Bu zaman valideynlər ərizələrin baxılması üçün sənədləşdirilmiş maliyyə bəyannaməsini qəbul şöbəsinə təqdim etməlidirlər. Təsdiqlənmi ərizələr daha sonra məktəb tərəfindən baxılacaq və şagirdin təhsil və davranışı barədə rəylər nəzərdən keçiriləcəkdir. Maliyyə yardımı üzrə qrantlar əksər hallarda daha çox şagirdin bu yardım fondundan yararlanması baxımından təhsil haqqının müəyyən hissəsi üçün veriləcəkdir.

10. Məktəb əmlakına vurulmuş ziyan: Şagird tərəfindən məktəbə maddi ziyan yetirildikdə onu ödəmək valideynin öhdəliyidir.

Qeydiyyatdan keç logotype1