Təqaüd proqramları / Maliyyə yardımı

Himayədarlar Şurası aztəminatlı ailələrdən olan, lakin EAS-da təhsil almaq istəyən, xüsusi istedadı və bacarığı olan V-X sinif yeni şagirdlər üçün təqaüd proqramı təklif edir. Bu təqaüd şagirdin növbəti dərs ili üçün təhsil haqqı üzrə ödənişə şamil edilir.
Təqaüd proqramına müraciət etmək istəyən şagirdlər bunu ərizə formasını doldurmaqla etməlidirlər. Təqaüdün verilməsi üçün bir neçə mərhələdə imtahanlar keçirilir.

Himayədarlar Şurası aztəminatlı ailələrdən olan bacarıqlı şagirdlər, Qarabağ müharibəsi veteranlarının övladları, fiziki qüsurlu valideyni olan şagirdlər və ya yüksək təhsil nəticələri göstərən, lakin ailəsinin maliyyə çətinlikləri olan şagirdlər üçün Maliyyə Yardımı Proqramı təklif edir. Maliyyə Yardımına müraciət etmək istəyən valideynlər çəkinmədən məktəbə yaxınlaşa bilərlər. Bu zaman onlar Himayədarlar Şurasının onların müraciətinə baxa bilməsi üçün maliyyə yardımı proqramı üçün nəzərdə tutulmuş ərizə formasını doldurub tələb edilən sənədləri ona əlavə etməlidirlər.