Qeydiyyat prosesi

Erkən Təlim Mərkəzi (məktəbəqədər hazırlıq) və ibtidai təhsil bölməsinin I-IV siniflərinə ərizə ilə müraciət edənlər üçün qəbul haqqında məlumat

Valideynlərin qəbul üzrə sənədlər paketinin tərkib hissəsi olan Qəbul Prosedurlarında əks olunmuş qəbul qaydaları, həmçinin təhsil haqqı və maliyyə siyasəti haqqında məlumatlarla tanış olmaları vacibdir.
Yadda saxlayın ki, ərizə forması və qəbul üzrə müraciət üçün ödənişi təsdiq edən sənəd də daxil olmaqla bütün sənədlər məktəbə təqdim olunmadığı təqdirdə, şagirdin adı qiymətləndirilmək üçün imtahan siyahısına daxil edilməyəcəkdir. 

Övladlarının ibtidai təhsil pilləsinə qəbulu ilə maraqlanan valideynlər bilməlidirlər ki, 2017-2018-ci tədris ili üçün qəbul vaxtları hər sinif səviyyəsi üçün eyni olacaq və ona görə də onlara ərizə ilə müraciətin gecikdirilməməsi tövsiyə olunur.

Yaş üzrə bölgü:

Erkən Təlim Mərkəzi I sinif II sinif III sinif IV sinif
4/5 yaş 6 yaş 7 yaş 8 yaş 9 yaş

Qeyd etməliyik ki, Qəbul Komitəsi 01/09/2017 və 31/12/2018 tarixləri arasında altı yaşı tamam olan uşaqların da məktəbə qəbul olunmasını həyata keçirməyə və buna şərait yaratmağa hazırdır. Bu cür hallar ayrı-ayrılıqda həyata keçiriləcək və qərar şagirdin sosial kamilliyi və ümumilikdə məktəbə hazır olması barədə Qəbul Komitəsinin rəyi əsasında veriləcəkdir. 

Erkən Təlim Mərkəzinə (məktəbəqədər hazırlıq qrupuna) qəbul şagirdlərin ana dilində aparılır. Birinci sinifə qəbul üçün şagirdlərin Azərbaycan, ingilis və rus (müvafiq olarsa) dili bacarıqları və riyazi bilikləri qeyri-formal olaraq qiymətləndiriləcəkdir. II, III və IV sinfə qəbul olmaq istəyən şagirdlər müəyyən ingilis dili bacarıqlarına malik olmalıdırlar və qiymətləndirmənin bir hissəsi kimi ingiliscə qısa, standart kompüter əsaslı testdən keçəcəklər. Erkən Təlim Mərkəzi və ibtidai məktəb bununla yanaşı hər bir şagirdin müvafiq olarq sərbəst, sosial və ana dilində idraki bacarıqlarının olmasını müəyyənləşdirmək niyyətindədir. Uşaqlar fəaliyyətlər və oyun zamanı fərdi şəkildə müşahidə olunacaq və məktəbin psixoloqu tərəfindən qiymətləndiriləcəklər. 

Valideynlərin uşağı müşayiət etməsi vacibdir və ehtiyac olarsa, direktorla görüş şagirdin qiymətləndirilmə prosesi baş verərkən təşkil oluna bilər. Ümumi qiymətləndirmə prosesi təxminən iki saat davam edəcək. Qiymətləndirilmə üçün vaxt ya saat 8:30, ya da 12:20 üçün təyin oluna bilər. Erkən Təlim Mərkəzinin və I sinif şagirdləri üçün qiymətləndirmə vaxtı daha qısa ola bilər. Valideynlər məktəbə təyin olunmuş vaxtdan 20 dəqiqə tez gəlməlidirlər. 

Tədris proqramı

Öz xarakterinə görə ikidilli məktəb olmasına uyğun olaraq, Avropa Azərbaycan Məktəbi həm Azərbaycan, həm də ingilis dilində təlimi dəstəkləyən proqramları təklif edir. 

EAS əsas diqqətin tədqiqat əsaslı təlimə yönəldildiyi Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramına üzv məktəbdir. Azərbaycanın və beynəlxalq təhsilin ən qabaqcıl tədris təcrübələrindən istifadə edərək EAS Azərbaycanda nümunəvi məktəb olmaq əzmindədir. 

EAS-da şagirdlərə Azərbaycanın Milli Kurikulumunun tələblərinə cavab verən və ingilis dili, həmçinin təbiət elmləri, riyaziyyatın ingilis dilində tədrisi üçün əlavə vaxtın ayrılmasını nəzərdə tutan proqram təklif edilir. Bu proqram, şagirdləri qlobal səviyyədə müvəffəqiyyət qazanmaq, öz cəmiyyətinə töhfə vermək və əhəmiyyətli olmaq üçün bacarıqlar aşılayan, onlara dərin düşüncəli beynəlxalq vətəndaşlar olmaq imkanı verən zəngin təlim təcrübələri ilə təmin edir.
 
V-XI siniflərə qəbul üçün müraciət edənlərə orta təhsil bölməsinə qəbul haqqında məlumat


Valideynlərin qəbul üzrə sənədlər paketinin tərkib hissəsi olan Qəbul Prosedurlarında əks olunmuş qəbul qaydaları, həmçinin təhsil haqqı və maliyyə siyasəti haqqında məlumatlarla tanış olmaları vacıbdr.

Yadda saxlayın ki, ərizə forması və qəbul üzrə müraciət üçün ödənişi təsdiq edən sənəd də daxil olmaqla bütün sənədlər məktəbə təqdim olunmadığı təqdirdə, şagirdin adı qiymətləndirilmək üçün imtahan siyahısına daxil edilməyəcəkdir

Övladlarının orta təhsil pilləsinə qəbulu ilə maraqlanan valideynlər bilməlidirlər ki, 2017-2018-ci tədris ili üzrə qəbul vaxtları hər sinif səviyyəsi üçün eyni olacaq və ona görə də onlara ərizə ilə müraciətin gecikdirilməməsi tövsiyə olunur. 

Orta təhsil pilləsinə şagird qəbulu üzrə qiymətləndirmə prosesi çox ciddi keçirilir və ingilis dili, riyaziyyat, Azərbaycan dili üzrə dərinləşdirilmiş testlərdən keçmək tələb olunur. Məqsəd bütün şagirdlərin ingilis dilindən test nəticələrinin Avropa Dil Şurası standartlarına uyğun olaraq müəyyən edilmiş B1 və ya B2 səviyyələrində olub olmamasını yoxlamaqdır. Əgər şagirdin test nəticəsi bu səviyyələrdən bir az aşağı olarsa, Qəbul Komitəsi şagirdin əvvəlki təhsil göstəricilərini və inkişaf potensialını nəzərə ala bilər. Qeyd etmək lazımdır ki, Beynəlxalq Bakalavriatın Diplom Proqramına tam hazır olmaq üçün V sinifdən başlayaraq riyaziyyat və digər dəqiq elmlər ingilis dilində tədris olunacaqdır.

Şagirdlərin X və XI siniflərə qəbulu daha ciddi yoxlama prosesi tələb edir. Beynəlxalq Bakalavriatın Diplom Proqramı üzrə şagirdlərin ehtiyaclarını təmin etmək üçün tədris planı işləyib hazırlanmışdır ki, bu da yüksək ingilis dili səviyyəsi və təlim nəticələri tələb edir. Şagirdlərin məktəbin tədris planını tam şəkildə mənimsəməsi üçün ingilis dilindən test nəticəsi Avropa Dil Şurası standartlarına müvafiq C1 səviyyəsində olmalıdır.

IX və ya X sinifə qəbul heç də şagirdin birbaşa olaraq Beynəlxalq Bakalavriatın Diplom Proqramında oxuması demək deyildir. Qəbul olunandan sonra şagirdlər əlavə testlərdən və qiymətləndirmələrdən keçməlidirlər ki, tam Diplom Proqramında təhsil almaları üçün onların hazırlıq səviyyələri müəyyənləşdirilsin və yaxud da şagirdlərin qiymətləndirmə nəticələrindən asılı olaraq yalnız müəyyən seçilmiş kurslar keçə bilərlər.

Orta təhsil pilləsinə qəbul üçün qiymətləndirmə prosesi təxminən üç saat davam edir.  Hər bir fənn üzrə imtahana (ingilis dili, Azərbaycan dili və riyaziyyat) 60 dəqiqə vaxt ayrılır.