Erkən Təlim Mərkəzi (məktəbəqədər proqram)

EAS-ın ETM aşağıdakıları təklif edir:
• Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı (IB PYP);
• İngilis dilində tədris;
• IB şagirdinin səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməklə uşağın sosial və emosional inkişafına diqqət yetirilməsi;
• Oxu, yazı savadı və riyazi bacarıqlar, oyun vasitəsi ilə fənlərarası təlim;
• İki yaş səviyyəsi: 4-yaşlılar və 5-yaşlılar qrupu
• Azərbaycan dili, təsviri incəsənət, musiqi, rəqs, kitabxanada oxu və fiziki tərbiyə fənlərinin mütəxəssislər tərəfindən tədrisi.

Dil bacarıqlarının inkişaf etdirilməsi:
• Hər bir sinifdə ingilis dilli sinif müəllimi və Azərbaycan dilini tədris edən müəllim heyəti;
• 5-yaşlılar üzrə proqramın sonunda uşaqların 1-ci sinfin ingilis dili standartına əsasən tələb olunan ingilis dili bacarıqlarının olacağı gözlənilir;
• Valideynlərdən övladlarının bu irəliləyişini evdə də dəstəkləmələri gözlənilir.

Müstəqillik (sərbəstlik) və özünüidarəetmə:
• Uşaqlardan özlərinin sərbəst şəkildə yemək yemələri;
• Uşaqlardan müstəqil şəkildə ayaqyolundan istifadə etmələri;
• Uşaqlardan geyimlərini özlərinin müstəqil şəkildə geyinib dəyişdirmələri gözlənilir.

* İlin əvvəlində bu bacarıqları olmayan uşaqlara zəruri olduqda müəllimlər tərəfindən köməklik göstəriləcəkdir.
* Valideynlərdən evdə bu təşəbbüsə dəstək vermələri və bütün uşaqlardan bu bacarıqları müvafiq müddət ərzində inkişaf etdirmələri gözlənilir.

* Uşaq bezlərinin dəyişdirilməsi üçün bizim xidmət vasitələrimiz yoxdur. Bütün uşaqlar məktəbə başlayana qədər uşaq bezindən istifadə etməmiş olmalıdırlar. *

İstirahət:
• Hər gün uşaqlar üçün kifayət qədər istirahət vaxtı verilir;
• Uşaqlar üçün yataq təmin olunmur və yatma vaxtı nəzərdə tutulmur;
• İlin əvvəlində bəzi uşaqların günorta yatmaq ehtiyacı olur. Yalnız gecə 10-12 saat lazımi yuxunu alana qədər günorta yuxusuna olan bu tələbat aradan qalxan müddətədək uşaqların müvafiq vaxtda məktəbdən erkən getmələri nəzərdə tutulur.

Acıq havada oyun:
• Hər gün iki dəfə açıq havada oyun (hava şəraiti imkan verərsə)

Gündəlik cədvəl:
• Hər ilin əvvəlində tələbələrin ehtiyaclarına uyğun olaraq dərslərə giriş olacaqdır.
• Valideynlər və müəllimələr uşaqlarının tam dərs gününə hazır olduqlarına dair qərarın verilməsi üçün birgə çalışacaqlar.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell