İbtidai təhsil proqramı

İbtidai təhsil proqramı

Avropa Azərbaycan Məktəbinin missiyası qlobal iqtisadiyyatda müvəffəqiyyətlə inkişaf etməsi və öz icmasına əhəmiyyətli töhfə verməsini təmin etmək üçün hər bir şagirdə şəxsi intizam, motivasiya, təlimdə mükəmməlliyə şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli təhsil verməkdən ibarətdir.
EAS-ın missiyasına uyğun olaraq, şagirdlərə təhsil erkən yaş dövründə (5 yaş) və ibtidai təhsil (I-IV siniflər) pilləsində Azərbaycanın Milli kurikulumu ilə tədqiqat əsaslı təlimə yönəlmiş Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı standartlarını özündə birləşdirən kurikulum əsasında həyata keçirilir. Tədris və təlimi Azərbaycan və ingilis dillərində aparmaqla, şagirdlərin həm yazılı, həm də şifahi ünsiyyət bacarıqlarının əhəmiyyətli şəkildə inkişaf etdirilməsi üçün bütün səylər göstərilir.
Məşhur təhsil üzrə mütəxəssis Mary Bethune bildirmişdir: "Oxumağı öyrənəndə, bütün dünyanın qapıları mənim üzümə açıldı." Necə də doğrudur! Həmin dünyanın qapılarını bizim şagirdlərin üzünə açmaq və onlara ömür boyu öxumaq və öyrənmək həvəskarı olmağa kömək etmək məqsədilə İbtidai Təhsil Proqramında dilin və oxunun mənimsənilməsini asanlaşdırmaq üçün Read, Write, Inc. (RWI) və ingilis dili ikinci dil kimi (ESL) proqramlarının həyata keçirilməsinə başlanıldı.
Yeni proqramlardan başqa, yüksək səviyyəli peşəkar və istedadlı sinif müəllimləri, eyni zamanda müəllim köməkçiləri Azərbaycan dili, həyat bilgisi və riyaziyyat fənlərini tədris edirlər. Bu dərslərdən əlavə, şagirdlərə rus dili, təsviri incəsənət, musiqi, rəqs və fiziki tərbiyə dərsləri də tədris edilir. İngilis dili müəllimləri yalnız ingilis dili fənnini deyil, həmçinin riyaziyyat və təbiət elmləri dərslərini də sinif müəllimləri ilə birlikdə iki dildə tədris edirlər.
Şagirdlərin hərtərəfli inkişafını təmin etmək məqsədilə onlara təlimin hüdudlarını genişləndirmək üçün fəaliyyətlər təklif olunur. Bura şagirdlərin qlobal vətəndaş kimi yetişməsini təmin etmək üçün öz vətənlərinin və digər ölkələrin mədəniyyəti haqqında bilik və anlayışlarını genişləndirmək məqsədilə il boyu keçirilən xüsusi tədbirlər, dərnəklər və ekskursiyalar daxildir.
Şöbələr və fənlər
Avropa Azərbaycan Məktəbində şagirdlər bazar ertəsindən şənbə gününə qədər olmaqla həftənin 5 günü dərslərdə iştirak edirlər. Dərslər altı müxtəlif fənn sahəsindən ibarətdir:
• Dil və ədəbiyyat (Azərbaycan, ingilis və rus dilləri)
• Riyaziyyat
• Təbiət elmləri
• İctimai elmlər (Həyat bilgisi, tarix, coğrafiya, konstitusiya, iqtisadiyyat, biznesin idarə olunması)
• Texnologiya (Kompüter və informatika)
• Təsviri incəsənət (Musiqi və vizual incəsənət)
• Bədən tərbiyəsi (o cümlədən, Orta təhsil pilləsində Hərbi hazırlıq)
• Kitabxana və Media
1-4-cü sinifləri əhatə edən ibtidai təhsil pilləsi üzrə şagirdlərə hər gün ibtidai təhsil üzrə təlim keçmiş sinif rəhbəri tərəfindən əsas fənlər (riyaziyyat, həyat bilgisi, dil) öyrədilir. Rus dili, təsviri incəsənət, musiqi və dədən tərbiyəsi üzrə müəllimlər həftədə iki dəfə dərs keçirlər. Şagirdlər həftədə bir dəfə kitabxanaya gedir və burada onlara kitabxana və media üzrə əməkdaşlar tərəfindən kitabxana və araşdırma üzrə bacarıqlar öyrədilir. Dərslər Azərbaycanın Milli Kurikulum standartları və bir sıra İngilis dilli ölkələrin (ABŞ, İngiltərə, Avstraliya, Yeni Zelandiya) beynəlxalq standartları əsasında təşkil olunur. İbtidai təhsil proqramı üzrə kurikulum çərçivəsi şagirdlərə dərslərin və təcrübələrin planlaşdırılmasında istiqamət verir. Bizim məqsədlərimiz bunlardır:
• Dil (İngilis/Azərbaycan dilləri, oxu və yazı), riyaziyyat və həyat bilgisi kimi əsas fənlər üzrə möhkəm təməlin yaradılması.
• Təsviri incəsənət, musiqi, bədən tərbiyəsi və texnologiya daxil olmaqla fənlərarası tədqiqat mövzuları ilə əlaqələndirilən xüsusi dərslər vasitəsilə kurikulumun təkmilləşdirilməsi.
• Şagird profili vasitəsilə şagirdlərin öz beynəlxalq təfəkkürünü inkişaf etdirməsinə şərait yaradılması və tədbir görmək imkanının verilməsi.
• Şagirdlərin fərdi intellektual, fiziki, emosional və sosial ehtiyaclarının qarşılanması.
EAS-da Beynəlxalq Bakalavriatın ibtidai təhsil proqramı (PYP) məktəbəqədər təhsildən IV sinfin sonunadək şagirdlərin təhsil ehtiyaclarını təmin edir. Bu IB Proqramlarının birincisidir və IB-in sonrakı proqramları üçün mükəmməl özülü təmin edir.
İbtidai təhsil proqramı şagirdlərin təhsil, sosial və emosional səviyyəsini inkişaf etdirməyə yönəldilmişdir. Bu proqram IB şagirdinin təsvirinə uyğun olaraq, beynəlxalq səviyyəli düşüncə tərzi (intellekt) və güclü şəxsi dəyərlər də daxil olmaqla, müxtəlif xüsusiyyətlər aşılamaq məqsədi daşıyır. Bu proqram məktəbin əsas dil(lər)ində tədris olunur.
İbtidai təhsil proqramı təlimin ənənəvi fənn sahələrinin hüdudlarından kənara çıxaraq, altı fənlərarası tədqiqat mövzusu ətrafında qurulduğu kurikulumda yerli və qlobal xatrakterli məsələləri birləşdirir. Bu mövzulara "Biz kimik", "Məkan və zaman baxımından biz haradayıq", "Biz özümüzü necə ifadə edirik", " Dünya necə qurulub", " Fəaliyyətimizi necə təşkil edirik", "Planetdən birgə istifadə edilməsi" daxildir. IV sinfin sonunda şagirdlər şəxsi layihə və ya sərgi hazırlayırlar.