Orta Məktəb proqramı

EAS-ın Orta təhsil bölməsi Beynəlxalq Bakalavriatın Orta Siniflər Proqramı (IB MYP), Cambridge Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifikat Proqramı (IGCSE) və Beynəlxalq Bakalavriatın Diplom Proqramı (IB DP) kimi yalnız beynəlxalq proqramları təklif edir.

• Şagirdlər IX sinifdə ATESTAT imtahanlarını vermək üçün lazım olan az sayda əlavə dərslərdə iştirak edirlər. Azərbaycan dilində aparılan fənlər bəzi qeyri-əsas fənlərlə yanaşı Azərbaycan dilində tədris olunmaqla, əsas fənlərin (ingilis dili, riyaziyyat, təbiət fənləri və bəzi humanitar fənlər) ingilis dilində tədrisi.

• Şagirdlərin çoxu üçün güclü ingilis dili dəstək proqramı və ingilis dili tələblərinə minimal səviyyədə cavab verən, lakin əsasən tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün intensiv əlavə dəstək proqramı (“EAL (İngilis Dili Əlavə Dil kimi) İngilis dilini sürətli mənimsəmə” proqramı) mövcuddur.

Orta təhsil bölməsinin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
• Orta və yuxarı siniflər üzrə əsasən bu səviyyələrdə tədris aparan mütəxəssis müəllimlər
• Akademik proqramlara rəhbərlik edən və öyrənməni dəstəkləyən xüsusi proqram koordinatorları
• İbtidai təhsil bölməsində PYP-dən başlayaraq növbəti səviyyədə IGCSE və IB DP-nin tələblərinə uyğun olmaq üçün MYP vasitəsi ilə kurikulum və tədris metodları baxımından aydın əlaqə
• Bu yaşda olan şagirdlərin ehtiyaclarını ödəmək üçün xüsusi olaraq uyğunlaşdırılan və onların sosial, emosional və akademik inkişafını dəstəkləmək üçün hazılanan düzgün planlaşdırılmış fəaliyyət proqramı
• “Hərtərəfli uşaq” yetişdirmək üçün tərbiyə işləri ilə bağlı güclü idatəretmə və sosial-emosional və ictimai fəaliyyət proqramları
• Yerli dildə dil fənlərini mənimsəyə bilməyən azərbaycanlı olmayan şagirdlər üçün əlavə təkliflər.

IGCSE VIII-IX siniflər Proqramı üzrə siniflər–VIII-IX siniflər.

IGSCE Cambridge Beynəlxalq İmtahanlar Təşkilatının təklif etdiyi proqramların bir hissəsidir. Şagirdlər iki illik müddət ərzində əsas fənlər üzrə proqramı keçəcəklər və ikinci ilin sonunda fənlərin çoxundan IGCSE imtahanlarını verəcəklər. IGCSE proqramı X-XI siniflərdə tədris olunan IB Diplom Proqramı üçün əla hazırlıq imkanıdır. Şagirdlərin xarici dil və həmçinin, EAS-da təqdim olunan IGCSE Təklifləri çərçivəsində bəzi seçilə bilən fənlər baxımından seçim etmək imkanı olacaq.

• Riyaziyyat – Əsas və Genişləndirilmiş
• İngilis dili və ədəbiyyatı
• Təbiət fənləri – Birləşdirilmiş
• Tarix
• Coğrafiya
• Sahibkarlıq
• Dillər
• Dizayn
• (İncəsənət fənləri 2018-20-ci dərs illəri ərzində əlavə olunacaq.)

Beynəlxalq Bakalavriatın Diplom Proqramı (IB DP) üzrə siniflər – X-XI siniflər

EAS Beynəlxalq Bakalavriatın Diplom Proqramını təklif etmək səlahiyyəti olan IB məktəbidir. Bu proqram dünya səviyyəli standartlara cavab verdiyinə görə qlobal səviyyədə tanınan universitetə hazırlıq proqramıdır. Şagirdlər iki il müddətində altı fənn keçirlər. Seçilən fənlər şagirdlərin bacarıqlarına və karyera seçiminə əsaslanır. Şagirdlər özlərinin birinci dil fənnini, ikinci xarici dili, riyaziyyat, təbiət fənləri, insan və cəmiyyət (tarix, iqtisadiyyat və s.) və seçmə fənn kimi incəsənət və ya ikinci təbiət fənni, insan və ya dilin öyrənilməsi kimi altı fənn keçməlidirlər. IB-nin Diplom Proqramının tələbləri çərçivəsində şagirdlər genişləndirilmiş esse, Bilik Nəzəriyyəsi (TOK) və icma xidməti proqramını (CAS) da tamamlamalıdırlar. Yekun qiymətin təxminən 30% -i (bu, müəyyən dərəcədə tədris proqramından asılıdır) məktəb daxilində qiymətləndirilir, 70%-i isə IB tərəfindən xaricdə qiymətləndirilir. Hər bir fənn 1-dən 7-yə (ən yüksək) qədər qiymət şkalası üzrə qiymətləndirilir. Diplom əldə etmək üçün bütün altı fənn üzrə ümumi bal ən azı 24 olmalıdır. Aşağıda məktəbin növbəti X sinif üçün təklif etməyə hazırlaşdığı seçim siyahısı verilmişdir. Kifayət sayda şagirdin qeydiyyatdan keçmədiyi təqdirdə, bəzi seçimlər təklif edilməyə bilər. EAS-ın fənn təkliflərinin tam siyahısı Orta təhsil bölməsinin qəbul şöbəsindən əldə edilə bilər və bu, qismən şagirdlərin qoşulmasından asılıdır - biz 2018-19-cu dərs ilində təklif olunan fənlərin sayını 18-dən 24-dək artırmağı planlaşdırırıq;

Aşağıdakı keyfiyyətlər EAS-ın orta təhsil bölməsini xüsusi edir:

• Biz böyük bir hissəsini xarici müəllimlərin təşkil etdiyi yüksək ixtisaslı müəllimləri işə qəbul edirik.

• Şagirdlərin sosial, dil və öyrənmə ehtiyaclarına, həmçinin universitetlərə qəbul üzrə məsləhətləşmələrə kömək etmək üçün xidmət dəstəyi göstəririk.

• İdman, şagird özünüidarəetməsi, BMT Modeli və Avropa Gənclər Parlamenti kimi təşəbbüsləri təklif edən müxtəlif şagird fəaliyyəti və klub proqramları təklif edirik.

• Müasir və yaxşı təchiz olunmuş təbiət fənləri laboratoriyaları, üzgüçülük hovuzu və idman zalı ilə təmin edilmiş ən yaxşı idman sahələri, müasir akt zalı, tam təchiz olunmuş kompüter laboratoriyası, musiqi və incəsənət otağı, geniş kitabxana, böyük və rahat yeməkxana da daxil olan müasir məktəb kompleksi.

• EAS Azərbaycan mühiti və onun qlobal perspektivindən tam şəkildə istifadə etməklə həqiqi öyrənənlər icmasını yaratmağa xidmət edən bir məktəbdir.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell