EAS -da təhsil texnologiyaları

Hal-hazırki dövrdə dünyada indiyədək xəyala gəlməyən sürətli texnoloji tərəqqi prosesi getməkdədir. İnsanlar texnoloji tərəqqi proseslərini öz həmkarları, internet, video, çat saytları, bloq və rəqəmsal audio-video fayllardan (podkastlardan) öyrənirlər. Məktəblər isə şagirdləri bu sürətlə dəyişən zamanın tələbinə uyğun təhsillə təmin etmək çətinliyi ilə üzləşirlər. Texnologiya hazırda təhsilin əsas elementinə çevrilmişdir və rəqəmsal cihazlardan istifadə şagirdlərə keçmişdə mümkün olmayan yollarla informasiyaya çıxış əldə etmək, əlaqə qurmaq, əməkdaşlıq etmək, yaratmaq və yenilik etməyə imkan verir.
EAS-da şagirdlərə bir çox müasir texnologiyalar təklif edilir. Texnologiyanın istifadə edilməsində şagirdin təlimi əsas diqqət mərkəzində durur. Biz həm işçi heyətinə, həm də şagirdlərə fasiləsiz təlimlər yolu ilə texnologiyadan effektiv, səmərəli və məsuliyyətli şəkildə istifadə etməklə tədris və təlimi təkmilləşdirməyə çalışırıq.
Məktəbin İKT şöbəsi şagirdlərin, EAS əməkdaşlarının və valideynlərin təhsil texnologiyalarına olan ehtiyaclarını dəstəkləmək üçün lazımi kommunikasiya infrastrukturu - İnternet, kitabxana sistemi, bloq saytlar, veb saytlar, simsiz rabitə, məktəb informasiya sistemi, printer və serverlər quraşdırır və onların qorunub saxlanmasını təmin edir.

Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell