Universitetlərə qəbul

Yaxşı universitetə daxil olmaq və əhəmiyyətli karyera sahibi olmaq bizim bütün şagirdlərə olan arzumuzdur. Apardığımız tədqiqat göstərir ki, VIII və IX sinif şagirdlərinin 80%-ə yaxını xarici ölkələrdə universitetə daxil olmağa ümid edir. Bu məqsədə nail olmaq üçün biz həmin şagirdlərlə bu istiqamətdə iş aparırıq.

Azərbaycanda şagirdlər orta məktəbin son sinifində test imtahanı verirlər və bu testin nəticələri onların hansı universitetə daxil olmasına istiqamət verir. Beynəlxalq təhsildə isə bu proses belə sadə deyil. Şagirdlər orta məktəbin son ilində təhsil alarkən və ya son ilin əvvəlində universitetlərə müraciət edirlər. Bir çox universitetlər həmin ilin ortalarında artıq şagirdlərin qəbulu ilə bağlı qərarlarını elan edirlər. Buna görə də şagirdlərin XI sinifdən əvvəl hansı universitetlərə müraciət edəcəkləri haqqında aydın fikirləri olmalıdır. Təkcə ABŞ-da 3500-dən çox universitetdə bu proses çətin ola bilər. Xoşbəxtlikdən bizim bu prosesdə şagirdlərə kömək etmək imkanlarımız vardır.

Şagirdlər və valideynlər www.easib.org saytında universitetlərə müraciət prosesi barədə məlumat əldə etmək üçün axtarış imkanları əldə edə bilərlər. İlk öncə şagird özünə bu sualı verməlidir: "Mən hansı işlə məşğul olmaq istəyirəm?" Bizim karyera üzrə məsləhətçi və müəllim heyəti şagirdlərə qərar qəbul edən zaman bu mənbələrdən istifadə etməkdə kömək edirlər.

Universitet seçən zaman bir çox məsələlər nəzərə alınmalıdır:

1. Bu universitet məni iş karyeram üçün hazirlayan proqramı təklif edirmi?
2. Mən təhsil haqqını ödəyə biləcəyəmmi? Əgər ödəyə bilməyəcəyəmsə, onlar təqaüd və ya maliyyə yardımı təklif edirlərmi? Beynəlxalq tələbələr üçün xüsusi təqaüd təklif olunurmu?
Bu meyarlara cavab verən təhsil ocaqlarını tapmaq üçün veb-səhifəmizdə olan linklər vasitəsilə xüsusi universitet axtarış vasitələri vardır.

Yuxarıdakı əsas suallardan başqa digər seçim variantlar də nəzərə alınmalıdır:

1. Mən nə qədər tutumu olan kollecə (universitetə) qəbul olmaq istəyirəm?

2. Mən böyük şəhərdə, yoxsa qəsəbədə olan universitetə qəbul olmaq istəyirəm?
3. Mənim təhsil üçün düşündüyüm konkret bir şəhər və ya ölkənin hər hansı ərazisi varmı?
4. Orada futbol komandasının olmasının mənim üçün əhəmiyyəti varmı?
5. Kollecin (universitetin) yalnız qızlar, yaxud da yalnız oğlanlar üçün və ya qarışıq olmasının mənim üçün fərqi varmı?

Bu meyarlardan istifadə etməklə nəzərdən keçiriləcək universitetlərin sayı 4000-dən bir qədər azaldıla bilər ki, bununla da universitet axtarışı prosesi daha da asanlaşır.
Şagirdlər maraq dairələrinə uyğun gələn bir neçə universiteti seçdikdən sonra artıq universitetlərin güclü təhsil verməsi baxımından məsləhət almaq vaxtı çatmışdır. Bir çox universitetlərin qəbul şöbəsində xüsusi şəxslər olur ki, onlar yalnız beynəlxalq tələblərə məsləhətlər verirlər.
Bütün bunlar vaxt apardığı üçün biz VII-IX sinif şagirdləri və onların valideynlərinin indi araşdırmağa başlamalarını məsləhət görürük.