Universitet üzrə Məsləhət xidməti

Universitet üzrə Məsləhət xidməti

Universitet üzrə Məsləhətçinin rolu valideyn və şagirdləri müxtəlif universitet imkanları, kollecə qəbul prosesi, ərizə prosedurları və testləri haqqında məlumatlandırmaqdır. Xüsusi məktəb proqramı valideyn və şagirdlərə müxtəlif ölkələrdə universitet proqramları və prosedurlar haqda məlumatı toplamaqda köməklik edir. Məsləhətçi, 10-cu və 11-ci sinif şagirdləri ilə proses və fərdi kollec seçimləri barədə danışmaq üçün fərdi və ya qrup şəklində görüşür, hər bir yuxarı sinif şagirdi üçün rəsmi tövsiyə məktubu yazır, transkript və digər lazımi sənədləri hazırlayır. Universitet üzrə Məsləhətçi, həmçinin, 8-ci və 9-cu sinif şagirdlərinə karyera imkanlarını araşdırmağı tövsiyə edir və karyeralarında müxtəlif peşə seçimləri üçün hansı kurslara ehtiyac duyacaqlarını onlara söyləyir. Şagirdlər müvafiq yay təhsil imkanları və test kursları haqqında məlumatlandırılırlar. Məsləhətçi Avropa Azərbaycan Məktəbini ziyarət edən bütün universitet qəbul komissiyası nümayəndələri ilə görüşür və regional universitet sərgilərində universitet nümayəndələri və şagirdlərimiz arasında görüşləri asanlaşdırır. Universitet üzrə Məsləhətçi il boyu universitet qəbul şöbələri ilə əlaqə saxlayır.