Məktəb İdarəçiliyi

Avropa Azərbaycan Məktəbinin heyəti müxtəlif millətlərin nümayəndələrindən olan beynəlxalq və yerli peşəkar inzibati işçilər və müəllim/müəllimələrdən ibarətdir. İşçilərimizin tərkibinin bu müxtəlifliyi Azərbaycanın və beynəlxalq təcrübələrin ən yaxşılarını bir araya gətirmək və dünyanın müxtəlif təhsil sistemləri, eyni zamanda təlim təcrübələrinin güclü tərəflərinə diqqət yetirməyə imkan yaradır.
Avropa Azərbaycan Məktəbi tədris proqramını yerinə yetirmək üçün məktəbin təhsil fəlsəfəsi və vəzifələrinin tələblərinə uyğun ixtisaslı və peşəkar işçiləri işə qəbul edir.
Məktəb öz heyəti üçün davamlı olaraq peşəkar təlimlər təşkil edir. Bütün işçilərin peşəkarlığının qiymətləndirilməsi aparılır və işçinin peşəkarlıq səviyyəsindən asılı olaraq ehtiyaclar müəyyənləşdirilir və buna uyğun olaraq təlimlər təşkil olunur ki, bütün heyət şagirdlərimizə ən yaxşı təhsil imkanlarını təmin etmək məqsədilə təlim və tədris sahəsində ən son beynəlxalq yeniliklərdən məlumatlı olsunlar.
Sizləri əvəzolunmaz və istedadlı heyətimiz ilə tanış etməyə çox şadıq.