Rəhbərlik

Gary-Crippin

Qari Qrippin

Director

EAS-da vəzifəyə təyin olunanda təsisçilərin Azərbaycanda Qərb və beynəlxalq təcrübələrin ən qabaqcıl nümunələri ilə Azərbaycan mədəniyyəti və cəmiyyəti nümunələrinin vəhdətindən ibarət bir məktəb modeli yaratmaq haqqında baxışları məndə maraq doğurdu.
Universitet səviyyəsində tədris fəaliyyətimdən sonra mən inzibati karyerama otuz ildən bir qədər əvvəl xaricdə başlamışam. Venesuelanın Karakas şəhərində mən orta məktəb direktoru, sonra isə İtaliya, Myanmar, Türkiyə və Gürcüstan Respublikasında məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Demək olar ki, işlədiyim bütün məktəblərdə Beynəlxalq Bakalavriat proqramı ilə sıx şəkildə işləmiş və üç müxtəlif məktəbdə Beynəlxalq Bakalavriatın həm Diplom Proqramı, həm də İbtidai Təhsil Proqramını həyata keçirmişəm. Mənim kurikulum və şagirdlərin qiymətləndirilməsi sahələrində uzun müddətli bir təcrübəm var və üç il ərzində Türkiyənin Bilkent Universitetinin Təhsil üzrə fakültəsinin magistratura və doktorantura pilləsində müəllim kimi fəaliyyət göstərmiş və müəllimlərin hazırlanmasında iştirak etmişəm. Rəhbərlik etdiyim məktəblərin hər birində sinif fəaliyyətimi davam etdirmişəm və hazırda EAS-da Beynəlxalq Bakalavriatın Bilik Nəzəriyyəsi fənnini tədris edirəm. Təhsil sahəsində mənim üçün başlıca motivasiya hər zaman “funksional məktəblər” yaratmaq – yəni şagirdlərin öyrənmə mühitini və rifahını yüksək səviyyədə yaxşılaşdırmaq üçün effektiv tərəfdaşlıq yaratmaq olmuşdur.

 
renata

Renata Novruzova

İbtidai təhsil üzrə director

Mənim müxtəlif məktəblərdə ibtidai sinif şagirdlərinin tədrisində 17 illik təcrübəm var. Karyeram boyunca bir çox beynəlxalq/mədəniyyətlərarası kontekstlərdə müxtəlif tədris sistemləri və tədris proqramları ilə tanış oldum.
2013-cü ildə Avropa Azərbaycan Məktəbində mənə təklif olunan PYP İngilis dili müəllimi və İbtidai sinif İngilis dili bölümü üçün PYP Koordinatoru vəzifəsini qəbul etməyi qərara aldım. Məktəb rəhbərliyinin mənə verdiyi tapşırıq vəzifə öhdəliyim olan ingilis dili dərslərində PYP tədris metodlarını tətbiq etməyi başlamaq idi. Şagirdlər motivasiya və məşğuliyyətlə tədqiqata əsaslanan proqramın, sosial və emosianal inkişafın, şagird üzərində mərkəzləşmiş siniflərin bütün faydalarını təcrübədən keçirdilər.
2016-cı ilin avqust ayından 2017-ci ilin iyun ayına qədər PYP koordinatoru mövqeyində çalışarkən, idarəetmə bacarıqları kimi faydalar qazandım və PYP siniflərin planlaşdırma sistemi anlayışımı genişləndirdim. Müəllimləri sorğu planlaması və qiymətləndirmə mərhələsində koordinasiya etmişəm.
Hazırki vəzifəmdə, şagirdlərimizin təhlükəsiz və hörmət dolu mühitdə təhsil almasını təmin edəcəyəm. Əminəm ki, məktəbimiz, ev və məktəb arasındakı güclü əlaqə və Avropa Azərbaycan Məktəbi ilə əlaqəli olan hər kəslə məhsuldar əməkdaşlıq vasitəsi ilə şagirdlərimizin öyrənməsi və böyüməsi üçün uğurlu bir yer olacaqdır.

 
valide_hesenova

Validə Həsənova

ibtidai təhsil üzrə direktor müavini

Mən əvvəllər həm direktor müavini, həm də ibtidai siniflərdə müəllim olmaqla yanaşı, Azərbaycan dili və riyaziyyat fənlərindən kurikulum standartlarının hazırlanmasında və qiymətləndirilməsində işçi qrupunun üzvü, müəllimlərin yenidən hazırlanmaları üçün təşkil olunmuş təlimlərdə təlimçi kimi fəaliyyət göstərmişəm. Öyrənməyi və öyrətməyi sevirəm. Dərslərdə şagirdlər üçün ən yaxşı öyrənmə metodlarından yaratdığıma və onların öyrənməyi sevmələrinə səbəb olduğum üçün qürur duyuram. Əminəm ki, şagirdlərimiz Avropa Azərbaycan Məktəbini həmişə xatırlayacaqlar.

 
foto_rehberlik

Rozi Haydar

Orta Məktəb Koordinatoru 

Salam! Mənim adım Rozi Haydardır və mən Avropa Azərabycan Məktəbində orta məktəb koordinatoru vəzifəsində çalışıram. Həyat elə özü öyrənmək deməkdir və mənim üçün də bu belədir. 20 il ərzində üç fərqli sahədə və hazırda təhsil sahəsində olan təcrübəmə baxmayaraq deyə bilərəm ki, mən daim öyrənirəm. Qazaxıstan, Rusiya Federasiyası, Özbəkistan, Avropa və Asiyanın digər ölkələrində müəllim, müəllim lideri, proqram koordinatoru, direktor müavini, məsləhətçi/İB seminarı üzrə rəhbər kimi vəzifələrdə çalışmışam.

Mənim ailəm multikultural və çox inanclı bir ailədir və mən bizim beynəlxalq kimliyimizi anlamaq üçün milli şəxsiyyətimizin bütün sahələrinə hörmət etməyin vacibliyini bilirəm. Uşaqlarımıza olan arzum onların gələcək icmalarında prinsipial, müsbət inkişafı həyata keçirmək və dəstəkləmək üçün bacarıq və etibarla gücləndirilmiş şəxsiyyət kimi böyümələridir. Öyrənmə səfərimizin növbəti mərhələsində birlikdə Azərbaycanda olmağımızdan çox şadıq. Gəlin səfərə başlayaq!

 
tural_abbasov

Tural Abbasov

Biznes menecer

Sizi Avropa Azərbaycan Məktəbinin şagirdləri və bütün heyəti adından salamlayıram. Mənim adım Turaldır. Mən məktəbin Biznes Meneceri vəzifəsində çalışıram. Son 13 il ərzində müxtəlif yerli və beynəlxalq təşkilat və şirkətlərdə, dövlət qurumlarında keyfiyyətin idarəolunması, mikro-infrastruktur layihələr, maliyyə axtarışı, icmaların inkişafı və ailə bizneslərinin yaradılması sahəsində təcrübəmi məktəbimizin inkişafına sərf etməyə özümü hazır hesab edirəm. Avropa Azərbaycan Məktəbi hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanlarını təmin edir. Biz komanda olaraq hər bir valideyni əmin etmək istərdik ki, məhz Avropa Azərbaycan Məktəbində sizin övladınız müasir dövrün çağırışlarına və çətinliklərinə cavab verən innovativ, dünya təcrübəsinə əsaslanan, təhlükəsiz və sağlam şəraitdə təhsil alacaqdır. Biz şağirdlərimiz sırasından yeni nəsil mühəndislərin, alimlərin, kibernetiklərin, neyro cərrahların, konstruktorların və nəhayət kosmos sənayesini quranların çıxacağına əminik. Məhz bu, bizi irəliyə aparan stimuldur.
 
Elmli, müasir və dünyaya açılacaq yeni nəslin inkişafında bizimlə əməkdaşlığınızı səbrsizliklə gözləyirik. Görüşənədək!

 
amalya_sezgin

Amalya Sezgin

İnsan Resursları üzrə direktor

Avropa Azərbaycan Məktəbinin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktoru kimi sizi salamlayıram. Məktəbin fəaliyyətə başladığı 2011-ci ildən onun rəhbərliyində çalışmağımdan çox məmnunam. Əvvəllər məktəb direktoru vəzifəsində çalışmasam da, 17 il universitet müəllimi və uzun müddət beynəlxalq təhsil layihələrində koordinator kimi işləməyim və orta məktəb müəllimlərinin peşəkarlığının artırılması sahəsində qazandığım təcrübə mənə məktəbə rəhbərlik etməkdə böyük köməklik göstərmişdir. Mən hər zaman demokratik idarəetmə üsulunu dəstəkləmiş və öz nümunəmdə bunu göstərməyə çalışmışam. Bununla yanaşı, beynəlxalq təcrübəni öyrənmək və onun üstün cəhətlərini Avropa Azərbaycan Məktəbində tətbiq etmək əzmindəyəm. Ümid edirəm ki, şagirdlərin qloballaşan dünyada cəmiyyətimizin layiqli vətəndaşları kimi yetişdirilməsində məktəbimizin əhəmiyyətli rolu olacaqdır.

 
Qeydiyyatdan keç logotype1
Qəbul paketi bell