Tələblər

Tələblər

EAS-ın müəllim vəzifəsi üzrə minimum tələblərinə aşağıdakılar daxildir:
• Müvafiq fənn sahəsi üzrə bakalavr dərəcəsi
• Ali təhsili təsdiq edən sənəd - məsələn, PGCE (Təhsil Sahəsi üzrə İxtisasartırma Kursu) sertifikatı və ya sertifikatlaşma
• Tam ştatlı müəllim kimi minimum 3 il pedaqoji təcrübə
• Əvvəlki beynəlxalq pedaqoji təcrübənin olması arzuediləndir.

Tələblər

Bizim işə qəbul üzrə tələblərlə bağlı siyasətimiz məktəbin məramına uyğun olaraq qoyulmuşdur. Biz həm gənc, həm də təcrübəli müəllimləri işə qəbul edirik. Biz subay müəllimləri, həmçinin evli cütlükləri də işə qəbul edirik. Biz, eyni zamanda, EAS-da müəllimlərin övladlarının təhsilini də yaxşı təcrübə kimi alqışlayırıq.
Bizim üçün önəmli olan intellekt, iş potensialı, şagird qarşısında öhdəlik, öyrənməyə olan həvəs, əməkdaşlıq şəraitində işləmək əzmi və məktəbin məramı ilə sıx əlaqə və uyğunluğun olmasıdır.
Yeni müəllimlər onların Avropa Azərbaycan Məktəbində birinci il ərzindəki təcrübəsini dəstəkləyən yüksək səviyyədə hazırlanmış giriş kursu və mentorluq proqramında iştirak edirlər. Proqram hər bir müəllimin əvvəlki tədris və beynəlxalq təcrübəsindən asılı olaraq dəyişir.

Bir müəllim kimi bu mənim üçün nə deməkdir?
Bu, o deməkdir ki, siz daim peşəkar təlim ilə məşğul olan, bilik və təcrübənin növbəti səviyyəsinə keçmək üçün səy göstərən peşəkar təhsil işçilərinin icmasına qoşulursunuz.
Sizin sinifdə həm ikinci dil öyrənən, həm də fərqli öyrənmə bacarıqları olan şagirdləriniz olacaq.
Siz şagirdlərin təlim ehtiyaclarını təmin edən bir sıra tədris və qiymətləndirmə təcrübəsini tətbiq edəcəksiniz.
Siz şagirdlər və valideynlərlə təlimin keyfiyyətini artırmaq və təlim nəticələri ilə bağlı məlumat vermək üçün texnologiyadan istifadə edəcəksiniz.
Siz yalnız şagirdlərin akademik inkişafını deyil, eyni zamanda onların xoşbəxt, uğurlu, mənəvi dəyərləri olan beynəlxalq vətəndaş kimi inkişafını təmin edəcək və bunun üçün məsuliyyət daşıyacaqsınız. Siz komanda və ya müvafiq şöbənin üzvü kimi işinizi planlaşdırmalı və onu həyata keçirməlisiniz.
Müəllim və inzibati işçi kimi siz beynəlxalq təhsildə və Azərbaycanda yeni səhifə açan məqsədyönlü və maraq doğuran məktəbin bir üzvü olacaq, bilik, təcrübə və iş həvəsinizi nümayiş etdirməklə Avropa Azərbaycan Məktəbində çalışan mütəxəssis heyətinə qoşulacaqsınız.