Vakansiyalar üzrə müraciət

Əgər Siz gənclərin qabaqcıl vətəndaş kimi formalaşmasına yardım etmək əzmi olan təhsil işçisisinizssə və öz üstünlükləri ilə fərqlənən məktəbdə tədris etmək üçün peşəkar təcrübə axtarışındasınızsa, aşağıdakı sənədləri təqdim etməyiniz xahiş olunur:
• Sizin EAS-da müəllim vəzifəsi üzrə iş axtarışınızın səbəbini izah edən və məktəbə necə töhfə verəcəyinizi göstərən niyyət məktubu. Bu, sizə özünüz, bu günə qədər keçdiyiniz təlim və iş təcrübəniz haqqında məlumat verməyə imkan yaradır. 
• Zəmanət verə biləcək üç (3) şəxsin əlaqə məlumatları göstərilmiş CV və ya tərcümeyi-hal. Niyyət məktubunun bir hissəsi kimi 3 tövsiyyə məktubu da təqdim edə bilərsiniz.

Beynəlxalq namizədlər aşağıdakı elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər:
recruitment@eas.az

Yerli namizədlər aşağıdakı elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər:
hr@eas.az

Müsahibə

Ərizələr qəbul edildikdən sonra müsahibə üçün uyğun namizədlər seçilir. Müsahibə Skype vasitəsilə və ya üzbəüz ya EAS-da, ya da növbəti iş yarmarkasında keçirilir.
Müəllim vəzifəsi üzrə müsahibə təlimə yönəlmiş və iş öhdəliyinin bütün istiqamətlərində olan yanaşmamızı əks etdirir.
Müsahibənin məqsədi Sizin təlim, tədris və qiymətləndirməyə yanaşmanızla məktəbin yanaşması arasındakı uyğunluğu dəyərləndirməkdir. 
Hər bir müsahibə fərqli olsa da, əsas suallar karyeranızda hansı təcrübənizin daha vacib olması, Sizin təlim, tədris və şagird fəaliyyətinin qiymətləndirilməsinə yanaşmalarınızın necə formalaşmasına yönəlmişdir.
Sizə bu suallar verilə bilər:
• Nə üçün Siz tədrislə məşğulsunuz?
• Nə üçün şagirdlərə dərsi məhz Siz tədris etməlisiniz?
• EAS-da Sizi maraqlandıran nədir?
• Siz məktəbimizə və işçi heyətimizə hansı əlavə dəyərləri gətirəcəksiniz?
• Siz EAS-da işləməklə nə əldə edəcəksiniz?
Biz müsahibə üçün Sizin təlim, tədris və qiymətləndirməyə olan yanaşmanızın nümunəsi kimi şagirdin öyrəndiyini göstərən dəlillər gətirməyinizi rəğbətləndiririk.