Avropa Azərbaycan Məktəbi Beynəlxalq Məktəblər Şurasının, Beynəlxalq Məktəblərin Avropa Şurasının, Beynəlxalq Bakalavriat təşkilatının üzvüdür.

Məktəbdə təhsil prosesi milli və beynəlxalq kurikulumun inteqrasiyasına əsaslanır, habelə aşağıdakı təhsil proqramları həyata keçirilir:

- Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (Məktəbəqədər hazırlıq və I-IV siniflər);
- Kembric Beynəlxalq İmtahan Proqramı (VIII-IX siniflər);
- Beynəlxalq Bakalavriat (IB) Diplom Proqramı (X-XI siniflər).

Dərslər Azərbaycan və ingilis dillərində aparılır. Məktəbəqədər qruplardan başlayaraq ingilis dili mükəmməl səviyyədə öyrədilir. Dərslər təcrübəli yerli və xarici müəllimlər tərəfindən aparılır. Məktəbdə həyata keçirilən proqramlar şagirdlərə dünyanın nüfuzlu universitetlərində təhsil alaraq beynəlxalq səviyyəli mütəxəssis kimi ixtisaslaşmağa imkan verir.


Məktəb müasir infrastruktura, yüksək texnologiyalarla təchiz olunmuş sinif otaqlarına və laboratoriyalara, idman zalları və üzgüçülük hovuzlarına malikdir. Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun klublar fəaliyyət göstərir. İstedadlı şagirdlər üçün təqaüd proqramları nəzərdə tutulur. Şagirdlər yüksək keyfiyyətli yeməklə və nəqliyyat xidməti ilə təmin edilir.

Valideynlər 3 aprel 2017-ci il tarixindən etibarən məktəbin Qəbul şöbəsinə müraciət edə bilərlər.

Avropa Azərbaycan Məktəbi - həyat yolunuzun düzgün seçimi.

Əlaqə üçün məlumat:

İbtidai məktəb:
Həsən Məcidov küç., 7
Bakı, AZ 1065,  Azərbaycan
Tel: (+994 12) 539 89 36/37/38                    
Orta məktəb:
Badamdar qəsəbəsi, A.Abbasov küç., 1128
Bakı, AZ 1065, Azərbaycan
Tel.: (+994 12) 499 89 35/36/37