EAS-ın orta məktəbi V-XI sinif şagirdləri üçün mürəkkəb və iki dildə həyata keçirilən təhsil proqramını təklif edir. Bu, Bakı şəhərində Azərbaycanın yüksək səviyyəli təhsil işçiləri və inzibatçıları ilə dünyanın bir çox ingilis dilli ölklərinin Qərb rəhbər işçiləri, müəllimləri və mütəxəsisslərindən ibarət olan işçi heyətinin fəaliyyət göstərməsi ilə həm Azərbaycan, həm də Qərb kurikulumlarının ən qabaqcıl standartlarını özündə birləşdirir.

V-IX siniflərdə şagirdlər onları X-XI siniflərdə Beynəlxalq Bakalavriat Proqramının (http://www.ibo.org) dərslərini keçməyə hazırlamaq üçün fənləri həm Azərbaycan, həm də ingilis dillərində keçirlər. Proqramın məqsədi dərin və geniş biliyi olan, fiziki, intellektual, emosional və etik cəhətdən müvəffəqiyyətlə inkişaf edən şagirdlər yetişdirməkdir. Ən son təhsil texnologiyaları ilə yanaşı müasir təbiət fənləri laboratoriyaları, təsviri incəsənət emalatxanaları və idman zallarının olması EAS-ı Bakının ən müasir təhsil müəsisələrindən birinə çevirmişdir.

Sinifdaxili təlimdən başqa şagirdlərin "Sinifdən kənar həftə" proqramı çərçivəsində araşdırma aparmaq üçün Bakıdan kənar rayonlara getmək imkanları da vardır. Bu həftə ərzində onlar zəngin tarixi və mədəni kökləri olan, sürətlə dəyişən ölkə hüdudlarında öz rollarını kəşf edəcəklər.

EAS-ın fərqliliyini təmin edən proqramları və əməkdaşları haqqında məlumat əldə etmək üçün Sizi orta məktəb binasının yeni korpusuna dəvət edirik.