Avropa Azərbaycan Məktəbinə xoş gəlmişsiniz!

EAS-ın yeni direktoru kimi Sizi getdikcə böyüyən və diqqət çəkən icmamızda salamlamağa çox şadam. Bizim veb səhifəmiz Sizə məktəb mühiti və təhsil proqramları haqqında məlumat vermək üçün nəzərdə tutulmuşdur.

Bakıda təhsil almaq üçün bir çox məktəblərin olduğunu bilirik və övladınızın təhsili üçün məhz EAS-ı seçdiyinizə görə çox şadıq.

Mən son bir neçə il ərzində EAS-dakı inkişafdan məmnunam. Keçən il biz Badamdarda V-XI siniflər üçün orta məktəb binasının açılışını etdik. Xüsusi məqsədlər üçün tikilmiş bu bina şagirdlərin təlimini, eyni zamanda getdikcə artan şagird və işçi sayını mükəmməl şəkildə dəstəklmək üçün ən müasir məktəb kompleksidir. Biz, həmçinin, bu yaxınlarda ecazkar, macəra dolu oyun meydançasını qurmaqla ibtidai məktəb binasını da təkmilləşdirmişik. Bundan əlavə, hazırda bizim getdikcə böyüyən Erkən Təlim Mərkəzində (ETM) 3-5 yaşlı uşaqlar üçün tədris iki dildə aparılmağa başlanmışdır.

EAS-dakı bu inkişaf tədris və təlim proqramlarında genişlənən imkanlarla müşayiət olunur. İbtidai Təhsil və Diplom Proqramları səviyyəsində Beynəlxalq Bakalavriat (IB) proqramlarının əlavə edilməsi bizim öyrənmə mühitini daha da zənginləşdirmişdir. Bu proqramlar şagirdlərin necə düşünməyi və öyrəndiklərini necə tətbiq etməyi bilməsinin vacib olması haqqında bizim məqsədlərimizi dəstəkləyir. Onlar, həmçinin, şagirdləri öz istedad və qabiliyyətlərini ən yüksək səviyyədə inkişaf etdirmək imkanı ilə təmin edən təhlükəsiz və qayğıkeş təlim mühitinin yaradılması istiqamətində də bizim səylərimizi dəstəkləyir. EAS-ın şagirdləri şəxsi səylər və özünü motivasiyanın məktəbdə və həyatda uğur üçün ilkin şərt olduğunu və onları yerli, milli və daha geniş qlobal səviyyədə aparıcı rolu öz üzərlərinə götürmək üçün hazırladığını bilirlər. Məktəb üzrə sinifdə şagird sayının hər sinifdə 20-dən az olması o deməkdir ki, müəllimlər bütün şagirdlərin ehtiyaclarını ödəmək üçün onlara tam diqqəti ayıra biləcəklər.

Bundan əlavə, mən müəllim heyətinin peşəkarlığına diqqəti cəlb etmək istəyirəm. Yüksək səviyyədə təlim keçmiş beynəlxalq müəllimlər keyfiyyətli təhsili həqiqi mənada təmin etmək üçün bizim peşəkar yerli əməkdaşlarımızla çiyin-çiyinə çalışırlar. Müəllimlərin qabaqcıl təhsil metodologiyasını bilməsi və tətbiq etməsi üçün məktəb ibtidai və orta təhsil səviyyələrində bir çox peşəkar inkişaf imkanlarını təmin edir. Təlim keçmiş inzibati işçi heyəti bu vacib sahədə müəllimlərin səylərini dəstəkləyir və istiqamətləndirir.

Məsləhət mərkəzi və dil dəstəyi də EAS-ın proqramlarının mühüm hissəsidir. Bundan başqa, çoxlu sayda keçirilən valideyn məlumat sessiyaları (iclasları) valideyn icmasına EAS-ın proqramları haqqında daha çox şey öyrənmək və bizimlə dialoq qurmaq imkanı verir.

EAS-da, eyni zamanda, texnologiya və kitabxana resursları sahəsində də əhəmiyyətli artım olduğu müşahidə olunur. İbtidai məktəbdə “Şagird iPad proqramı” və orta məktəbdə “Laptop təşəbbüsü” bunun üçün yalnız iki əhəmiyyətli nümunələrdəndir. Məktəb, həmçinin, bütün səviyyələrdə bu resurslardan dərslərin tədrisində istifadə etmək üçün müəllimlərə kömək məqsədil ilə müvafiq əməkdaşlarla da təmin etmişdir. Bizim 2016-17-ci dərs ili üçün bu sahələrdə bir çox yeni planlarımız var.

Sonda, icazə verin, bir daha Sizə EAS-a xoş gəlmişsiniz deyim. Bizim kurrikulum təlimatı üzrə icmalı nəzərdən keçirdikdə, Siz daha ətraflı məlumat əldə edə biləcəksiniz.

Dr. Qari Krippin
Direktor