Şəhərin mərkəzinə yaxın yerdə yerləşən Avropa Azərbaycan Məktəbi şagirdi məktəb həyatı və təlim üçün ən müasir şəraitləri olan binalarla təmin edir. Binalarımız şagirdlərin fəaliyyətinin ənənəvi sinif otaqlarında, eyni zamanda qaçmaq və oynamaq üçün əlverişli açıq meydançalar da daxil olmaqla xüsusi fənn laboratoriyalarında həyata keçirilməsini təmin edir.

Texnologiya güclü tədris və təlim vasitəsi kimi geniş şəkildə istifadə olunur. Şagirdlərin dərslərinin ən son texnologiyalardan istifadə edərək daha maraqlı keçməsini təmin etmək üçün sinif otaqları interaktiv lövhələrlə təchiz olunmuşdur. Hər bir sinif otağında tədqiqat və müxtəlif səviyyəli təlim fəaliyyətləri üçün iPad və kompüter dəstlərindən istifadə etmək imkanları mövcuddur.

Avropa Azərbaycan Məktəbinin ən müasir şəraitləri olan iki müasir məktəb korpusu - Yasamal rayonu ərazisindəki ibtidai məktəb və 2015-ci ilin sentyabr ayında açılması gözlənilən Badamdar qəsəbəsindəki orta məktəb korpusu inşa edilmişdir. Məktəb 2016-cı ilin sentyabr ayında xüsusi olaraq inşa ediləcək Erkən Təlim Mərkəzinin korpusunun açılmasını da planlaşdırır.
Məktəb binalarında aşağıdakılar mövcuddur:

Orta məktəb:

Xüsusi ixtisaslaşdırılmış otaqlar
Təbiət elmləri - kimya, fizika və biologiya laboratoriyaları
850 nəfərlik tamaşaçı zalı
İdman zalı
Fitnes mərkəzi
25 metrlik uzunluğu olan üzgüçülük hovuzu
İfaçılıq Sənəti Mərkəzi
Kitabxana və təlim zonaları
Yeməkxana
Tibb Mərkəzi
Təsviri Sənət Emalatxanası
Səsyazma və video studiyası
Robot texnikası və animasiya laboratoriyası
Yuxarı sinif şagirdləri üçün Təlim Mərkəzi

İbtidai məktəb və Erkən Təlim Mərkəzi:

Xüsusi ixtisaslaşdırılmış otaqlar (musiqi, təsviri incəsənət, dillərin tədrisi üçün)
İdman zalı
Üzgüçülük hovuzu
200 nəfərlik akt zalı
Yeməkxana
Macəra dolu oyun meydançası
Kompüter laboratoriyaları
Tibb Mərkəzi
Kitabxana və Təlim Mərkəzi

Erkən yaşdan (5 yaşdan) başlayaraq şagirdlər üçün "Məktəb avtobusu" xidməti fəalliyət göstərir.