Xaricdə, xüsusilə ABŞ və Böyük Britaniyanın universitetlərində təhsilə maraq böyükdür. ABŞ və Böyük Britaniyanın universitetlərinin nümayəndələri Bakıda təhsil sərgiləri təşkil edirlər. Karyeralarını planlaşdrmağa kömək etmək məqsədilə EAS-ın şagirdlərinin bu universitetlərin nümayəndələri ilə görüşləri təşkil olunur.

Amerika universitetlərinə verilən ərizələrə ABŞ-da College Board (Kolleclər Şurası) vasitəsilə dəstək göstərilir və bu ərizələr universitetlərin özləri tərəfindən nəzərdən keçirilir (seçilir).

https://www.collegeboard.org

Böyük Britaniyada gələcək tələbələr Böyük Britaniyanın hər yerində olan yerlər üzrə ballar sistemini idarə edən (dərc edən) UCAS-a (Universitet və Kolleclərə Qəbul Xidməti) ərizə verirlər.

https://www.ucas.com

UCAS mövzularının nümunəsi aşağıda verilmişdir:

1. Necə başlamalı
Beynəlxalq və Aİ-nin tələbələri
Valideynlər üçün məlumat

2. Kursun seçilməsi
UCAS-ın axtarış aləti vasitəsilə axtarmaq

3. Ərizə vermək və izləmək
Ərizə formasının doldurulması
Şəxsi məlumatların yazılması
Söhbət (müsahibə) üçün dəvətlər
Ərizələrin izlənməsi

4. Maliyyə və kömək
Başqa ölkələrdə olan beynəlxalq universitetlərə qəbula online axtarış sistemi ilə axtarış aparılması və karyera üzrə məsləhətçi ilə məsləhət keçirilməsi vasitəsilə dəstək göstərilir.