Avropa Azərbaycan Məktəbində Azərbaycan təlim standartlarını və Beynəlxalq Bakalavriatın Erkən Təlim Proqramını özündə birləşdirən Erkən Təlim Mərkəzi fəaliyyət göstərir. Bu, uşaqlara onların məktəbə uğurlu şəkildə hazırlığına yardım edən ictimai, emosional, mədəni və elmi bilikləri əldə etmələrinə təkan verir.

Erkən Təlim Mərkəzi müvafiq qəbul ilinin sentyabr ayının 15-nə qədər 5 yaşına keçmiş uşaqları qəbul edir.

Erkən Təlim Mərkəzi Avropa Azərbaycan Məktəbinin istifadə etdiyi təqvim əsasında fəaliyyət göstərir.

Erkən Təlim Mərkəzinin iş saatı 8:15-dən 16:00-a qədərdir.

Uşaqlar üçün dərs günü eyni qaydada, yəni 3 yaşlılar üçün saat 13:30-da, 4 yaşlılar üçün saat 14:00-da və 5 yaşlılar üçün saat 15:00-da başa çatacaqdır.

Oyun əsaslı təlim fəaliyyətləri ilə birgə, uşaqlar qəlyanaltı və naharla təmin edilir, qapalı və açıq havada keçirilən oyunlar oynayırlar.

EAS-ın 3 yaşından 5 yaşınadək uşaqlar üçün Erkən Təlim Mərkəzinin inşası üçün məqsədli planları vardır.