Mahnı ("Song") klubu. Mahnılar ingilis dilində öyrədilir. Bu, şagirdlərin ingilis dilində dinləmə və anlama bacarıqlarının inkişaf etdirilməsinə kömək edir. Klubun ildə iki dəfə konserti təşkil olunur.

Vokal. Bu klubda şagirdlər milli və xarici mahnıları ifa etməyi öyrənirlər. Bu, dinləmək, anlama, özünəinam, liderlik və s. kimi bacarıqların inkişaf etdirilməsinə kömək edir. Klub üzvləri məktəbin bütün tədbirlərində çıxış edirlər.