Avropa Azərbaycan Məktəbində Nəqliyyat Xidməti

Avropa Azərbaycan Məktəbində Nəqliyyat Xidməti müasir tələblərə cavab verən ABŞ-dan gətirilmiş “School Bus”lar vasitəsi ilə həyata kecirilir.
Nəqliyyat xidməti üzrə qaydalar məktəb və valideyn arasında hər il yenilənən müqavilədə əks olunur. Xidmət göstərən sürücülər xüsusi qayda ilə seçilməklə bir sıra testlərdən keçirilirlər. Avtobuslar mobil telefonlar ilə təchiz olunmuşlar. Avtobuslarda hər bir şagirdin təhlükəsizlik kəməri bağlanılır və yoxlanılır.
“School Bus”lar yanğınsöndürən balonları, ilk tibbi yardım çantaları və bütün təhlükəsizlik avadanlıqları ilə təchiz olunmuşlar. Bundan əlavə, avtobuslarda GPRS sistemi, sürət həddinin aşılmamasına görə cihazlar və müşahidə kameraları quraşdırılmışdır. Bu kameralar avtobusun salonunu və avtobusun xaricini qeydə alırlar.

Şagirdlərin məktəb avtobusunda təhlükəsizlik qaydaları


1.Avtobusu təyin olunmuş yerdə gözləmək;
2.Tələsmədən və sakit şəkildə sıraya düzülmək və bələdçi tərəfindən adların yoxlanılmasını gözləmək;
3.Sıra ilə avtobusa daxil olmaq və müvafiq oturacaqda oturmaq;
4.İlk növbədə yaşca boyük şagirdlər avtobusa daxil olmalı və arxa sıralarda oturmalıdırlar;
5.Təhlükəsizlik kəmərlərini baglamaq;
6.Hərəkət zamanı təhlükəsizlik kəmərlərini açmamaq və yerindən durmamaq;
7.Avtobusun salonunda sakitliyə və təmizliyə riayət etmək;
8.Hərəkət zamanı su içməmək və yeməmək;
9.Avtobusun hərəkəti zamanı şagirdlərdən hər hansı birinin problemi olduğu təqdirdə, dərhal bu barədə bələdçiyə xəbər vermək;
10.Avtobusun salonunun keçid hissəsinə canta və ya başqa əşya qoymamaq;
11.Avtobusun pəncərələrini açmamaq;
12.Səhər məktəbə gələrkən avtobus təyin olunduğu yerdə dayanmalı və şagirdlər bələdçinin nəzarəti altında bir-bir avtobusdan enməli və uzaqlaşmamalıdırlar;
13.Avtobusdan ilk növbədə yaşca kicik uşaqlar enməlidirlər;
14.Qəza və ya qəza vəziyyəti olduqda, təşvişə düşməmək, yalniz sürücü və bələdçinin təlimatını gözləmək;
15.Sürücünün və bələdçinin səhvlərini gördükdə, valideynlərin vasitəsi ilə bu barədə nəqliyyat departamentinə xəbər vermək.


Bələdçi üçün təlimat


1.Bələdçi məktəbin direktoru tərəfindən təyin olunur.
2.Bələdçi birbaşa məktəbin direktoru və nəqliyyat departamentinə tabedir.
BƏLƏDÇİNİN FUNKSİYALARI:
1.Şagirdlərin nəqlinə görə məsuliyyət daşıyır;
2.Kiçik yaşlı şagirdləri valideynlərindən təhvil alıb təhvil verir.
BƏLƏDÇİNİN ÖHDƏLİKLƏRİ:
1.Səhərlər avtobus sürücüsü ilə şagirdləri ilk nöqtədən başlayaraq qəbul etmək.
2.Şagirdlərin oturacağa oturmalarını təmin etmək və təhlükəsizlik kəmərlərini bağlamalarına əmin olmaq.
3.Hərəkət zamanı şagirdlərin yerindən qalxmamasına nəzarət etmək.
4.Avtobusun hərəkəti zamanı şagirdlər yemək və ya su icmək istədikdə, sürücüdən avtobusu təhlükəsiz yerdə saxlamasını təmin etmək.
5.Avtobusda təmizliyə və sanitar normalara riayət olunmasını təmin etmək.
6.Şagirdlərin avtobusda sakitliyə riayət etməsinə nəzarət etmək.
7.Hərəkət zamanı şagirdlərin hər hansı bir problemi olduğu təqdirdə, onu həll etməyə çalışmaq və ya nəqliyyat departamentinə xəbər vermək.
8.Şagirdlərin avtobusun salonundakı keçid hissəsinə çanta və ya başqa əşyaları qoymamalarına nəzarət etmək.
9.Şagirdlər tərəfindən avtobusun pəncərələrinin açılmamasına nəzarət etmək.
10.Məktəbə çatdıqda, avtobusun təyin olunmuş yerdə dayanması və şagirdlərin bir-bir avtobusdan enməsi və uzaqlaşmamasına nəzarət etmək.
11.Qəza və ya qəza vəziyyəti olduqda, şagirdləri sakitləşdirmək və xəsarətin olub-olmamasından əmin olmaq.
12.Şagirdlərin səhhətində problem yarandığı təqdirdə, ilk yardım göstərmək və ya tibbi yardım çağırmaq və Məktəb nəqliyyat departamentinə xəbər vermək.
13.Dərsdən sonra avtobusu təyin olunan yerdə gözləmək, şagirdləri sakit və tələsmədən sıraya düzmək, adlarla yoxlamaq və qəbul etmək.
14.Avtobusa ik növbədə yaşca böyük şagirdlərin avtobusa daxil olmalarını və arxa sıralarda oturtmalarını təmin etmək.
15.Sürücü və ya şagirdlərin davranışında hər hansı xoşagəlməz hərəkət və ya vərdişlərin barədə dərhal rəhbərliyə bildirmək.

Ödəniş.

Nəqliyyatdan istifadə üçün aylıq ödəniş məsafədən asılı olaraq 60 – 120 manat arasında dəyişir.