Avropa Azərbaycan Məktəbi (EAS) tam şəkildə təchiz olunmuş tibbi xidmət göstərir və burada iki nəfər ali təhsilli və ixtisaslaşmış həkim çalışır.

Hər il tibbi heyət EAS-da şagirdlərin müayinəsini həyata keçirir və müayinənin nəticələri tövsiyyələrlə birgə valideynlərə çatdırırlar.

Tibbi heyət mütəmadi olaraq məktəbdə gigiyenik standartlara riayət edilməsini yoxlayır və yeməklərin doyumlu və balanslaşdırılmış olmasını təmin etmək üçün menyu barədə Yeməkxana ilə bərabər işləyir.

Həkimlər şagirdlərə sağlam qidalanma, dişlərə qayğı və düzgün qamət kimi mövzularda spesifik sağlamlıq təlimləri keçirlər.

Qeyd: Övladınıza məktəbdə olduğu vaxt ərzində dərman verilməlidirsə, tibbi heyətə müraciət etməyinizi xahiş edirik. Müəllimlərin şagirdlərə dərman vermək və ya buna nəzarət etmək səlahiyyəti yoxdur.

EAS Tibbi heyəti:

Nigar Hacıyeva – nigar.hajiyeva@eas.az

Günay Cavanshir – gunay.javanshir@eas.az

EAS-ın bütün əməkdaşları Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq hər il tibbi müayinədən keçirlər.