Avropa Azərbaycan Məktəbi (EAS) üç təhsil bölməsindən ibarətdir:

• 3, 4 və 5 yaşlı şagirdlər üçün Erkən Təlim Mərkəzi (ELC)
• 1-4-cü sinif şagirdləri üçün ibtidai təhsil bölməsi
• 5-11-ci sinif şagirdləri üçün orta təhsil bölməsi

Hər bir bölmədə istifadə olunan kurikulum proqramları Azərbaycanın Dövlət Kurikulumu və Beynəlxalq Bakalavriat Təşkilatının (IBO) İbtidai təhsil pilləsi üzrə proqramı (PYP) və Diplom Proqramı (DP) da daxil olmaqla müxtəlif Beynəlxalq Kurikulumlardan ibarət məqsədəuyğun şəkildə hazırlanmış kurikulum modelinə əsaslanır.

Bütün səviyyələrdə kurikulumlar fənn sahələri üzrə tərtib edilir və kurikulumla əlaqəli şəkildə həyata keçirilən geniş spektrli tədris imkanları ilə optimal tarazlıq təmin edilir. Yülsək səviyyədə təlim keçmiş və təcrübəli yerli müəllimlərlə yanaşı, beynəlxalq müəllimləri də əhatə edən işçi heyətimiz kurikulumu müxtəlif tədris metodları vasitəsilə tətbiq edir. Bu metodlarda illər ərzində həm yerli, həm də beynəlxalq səviyyədə aparılmış pedaqoji tədqiqatlardan əldə edilən “ən yaxşı təcrübə” üsullarından istifadə olunur. Avropa Azərbaycan Məktəbində tətbiq edilən kurikulum şagirdləri ətraf aləmi araşdırmağa müsbət şəkildə təsir göstərəcək həll yollarını təklif etməyə həvəsləndirir, eyni zamanda onlar üçün maraqlı və həyəcanlandırıcı təlim imkanları təklif edir.

Direktor və məktəb rəhbərləri ilə yanaşı, Avropa Azərbaycan Məktəbində erkən təlim mərkəzi səviyyəsində Erkən Təlim Mərkəzi üzrə Əlaqələndirici, ibtidai təhsil səviyyəsində Beynəlxalq Bakalavriat Təşkilatının İbtidai təhsil proqramı üzrə Əlaqələndirici, orta təhsil səviyyəsində Diplom Proqramı üzrə əlaqələndirici və Məktəbin Kurikulum üzrə əlaqələndiricisi fəaliyyət göstərir. Kurikulumun yüksək standartlara uyğun olaraq tətbiq edilməsini təmin etmək məqsədilə bütün bu mütəxəssislər sinif müəllimləri ilə sıx əməkdaşlıq edirlər. Avropa Azərbaycan Məktəbi olaraq bizim missiyamız şagirdlərimizi qlobal iqtisadiyyatda müvəffəqiyyətlər qazanmağa hazırlamaq və öz cəmiyyətlərinə əhəmiyyətli töhfə vermələri üçün onlara imkan yaratmaqdır. Bu məqsədlə, gündəlik təlim və tədris fəaliyyətimizə rəhbərlik etməsi və istiqamətləndirməsi üçün biz Avropa Azərbaycan Məktəbinin kurikulumundan istifadə edirik.

Erkən Təlim Mərkəzi (ETM)

Avropa Azərbaycan Məktəbinin Erkən Təlim Mərkəzinin kurikulumu 3, 4 və 5 yaşlı uşaqlar üçün oxu-yazı, riyaziyyat və sosial inkişaf üzrə əsas fənn sahələrində fəal təlimə şərait yaradır. Aşağıdakı fənlərarası 4 mövzunu araşdırmaqla, biz əsas diqqəti ümumilikdə uşağın beynəlxalq dünyagörüşlü tədqiqatçı kimi inkişaf etməsinə yönəldirik:

• Biz kimik?
• Biz özümüzü necə ifadə edirik?
• Dünya necə işləyir (dövran edir)?
• Biz özümüzü necə təşkil edirik?

Bu mövzular və ya tədqiqat mövzuları Beynəlxalq Bakalavriat Təşkilatı (IBO) tərəfindən ibtidai təhsil pilləsi üzrə Beynəlxalq Bakalavriat Proqramının bir hissəsi kimi hazırlanmışdır. Onlar həm sinif otağında, həm də cəmiyyətdə dərin araşdırmalar üçün çərçivə rolunu oynayır. Bu tədqiqat mövzuları şagirdlərdən bütün sahələrinə dair bilik və bacarıqlarını inteqrasiya etməyi tələb edir.

Təsviri incəsənət, musiqi və hərəkət Erkən Təlim Mərkəzinin Kurikulumunun əsas komponentləri və fənlərarası mövzulara daxil edilən həlledici elementlərdir. Bu komponentlər kiçik yaşlı şagirdləri dünyanı öyrənmələri üçün linzalarla təmin edir, həmçinin uşaqlara öyrəndiklərini yaradıcı şəkildə ifadə etmək vasitələrini təqdim edir.

Beynəlxalq dünyagörüşlü olmağın bir xüsusiyyəti də başqa dillərin öyrənilməsidir. Erkən Təlim Mərkəzində uşaqlara tədris 50% ingilis dilində və 50% Azərbaycan dilində olmaqla həyata keçirilir.

Avropa Azərbaycan Məktəbinin Erkən Təlim Mərkəzində oyun təlimə şərait yaradan əsas faktor kimi qəbul edilir. Oyun elə bir mərhələdir ki, uşaq əldə olunacaq yeni biliklə əlaqəyə girir və onu sinir sistemi yollarına və beləliklə də, özünün uzunmüddətli yaddaşına inteqrasiya edir. Nəhayət, Erkən Təlim Mərkəzində 5 yaşın sonuna çatanda şagirdlər ibtidai təhsilin daha rəsmi pilləsinə müvəffəqiyyətlə daxil olmaq üçün hazır olurlar.

Avropa Azərbaycan Məktəbinin İbtidai təhsil bölməsi

Avropa Azərbaycan Məktəbinin İbtidai bölməsi “hibrid” kurikulum modelindən istifadə edir. Bu, Azərbaycanın Milli Kurikulumunu xüsusi olaraq beynəlxalq ibtidai təhsil üçün hazırlanmış kurikulumla əlaqələndirir. Beynəlxalq Bakalavriat Təşkilatının İbtidai təhsil Proqramı (PYP) uşaqların hal-hazırda onun əsasında öyrəndikləri təhsil çərçivəsini təmin edir. Bu kurikulum müxtəlif milli sistemlərdən olan müəllimlər qrupu tərəfindən və onların beynəlxalq məktəblərin tələblərinə cavab verən kurikulumların hazırlanması sahəsində təcrübəsi əsasında yaradılmışdır. Beynəlxalq Bakalvriat Təşkilatı (IBO) İbtidai təhsil Proqramını (PYP) 1997-ci ildə qəbul etmişdir və bu proqram üç yaşından on yaşınadək (məktəbəqədər təhsildən 5-ci sinfədək) olan şagirdlər üçün nəzərdə tutulur. Biz hal-hazırda İbtidai təhsil bölməsində Beynəlxalq Bakalvriat Təşkilatının İbtidai təhsil Proqramı üzrə rəsmi məktəb olmaq prosesini başa çatdırmaqdayıq. Bizim beynəlxalq tədris metodları ilə birləşdirilmiş bu “hibrid” kurikulum modeli vasitəsilə Avropa Azərbaycan Məktəbinin İbtidai təhsil bölməsinin məqsədi məktəbin məqsəd və məramını birbaşa dəstəkləyərək təhlükəsiz və həvəsləndirici bir mühitdə hər bir uşağın sosial, intellektual, yaradıcı və emosional potensialını inkişaf etdirməkdir.

Avropa Azərbaycan Məktəbinin Orta təhsil bölməsi

Avropa Azərbaycan Məktəbinin orta təhsil bölməsi “hibrid” kurikulum modelindən istifadə edir; bu, Azərbaycanın Milli Kurikulumunu xüsusi olaraq beynəlxalq ibtidai təhsil üçün hazırlanmış kurikulumla əlaqələndirir. 5-9-cu siniflər üçün olan proqram şagirdləri Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üçün hazırlayan modeldir. Proqram yeniyetmələrin hal-hazırda onun əsasında öyrəndikləri müasir öyrənmə metodlarına əsaslanan təhsil çərçivəsini təmin edir və müxtəlif milli sistemlərə məxsus metod və materiallardan istifadə məqsədilə hazırlanmışdır. 5-9-cu siniflərdə təlimin məqsədi şagirdləri 10-11-cü siniflərdə Beynəlxalq Bakalavriat Diplom Proqramının çətinliklərinə hazırlamaqdır.

Beynəlxalq Bakalvriat Təşkilatı (IBO.org) daha yaxşı və daha dinc dünya yaratmaq məqsədilə beynəlxalq səviyyədə məktəb ictimaiyyəti üçün yüksək keyfiyyətli və perspektivli təhsil proqramları təklif edir.

Beynəlxalq tədris metodları ilə birləşdirilmiş bu “hibrid” kurikulum modeli vasitəsilə yaradılmış EAS orta təhsil bölməsinin məqsədi məktəbin məqsəd və məramını birbaşa dəstəkləyərək təhlükəsiz və həvəsləndirici bir mühitdə hər bir uşağın sosial, intellektual, yaradıcı və emosional potensialını inkişaf etdirməkdir.

Əlavə məlumatlar - 10-11-ci siniflər üçün Beynəlxalq Bakalavriat Diplom Proqramı

Orta təhsil səviyyəsi üzrə Diplomla yanaşı, şagirdlər Beynəlxalq Bakalavriat Təşkilatının (BBT) xüsusi tələblərinə əməl etməyi seçdikləri təqdirdə Beynəlxalq Bakalavriat Diplomunu (BBD) əldə etmək imkanı qazanırlar. 10-11-ci siniflərdə şagirdlər Azərbaycanın ali təhsil müəssisələri üzrə ixtisas istiqamətlərindən birini seçə bilər və ya Beynəlxalq Bakalavriat Diplom Proqramını (BBDP) seçməklə Beynəlxalq Bakalavriat Diplomunu əldə edə bilər. Beynəlxalq Bakalavriat Diplomu kursların və tələblərin daha praktik şəkildə birləşməsini tələb edir. Beynəlxalq Bakalavriat Diplomu bütün dünyada tanınır və bir çox universitetlərdə tələbələrin akademik mobilliyi (tələbə bir təhsil müəssisəsindən digərinə keçdikdə qazandığı kreditlərin tanınması) təmin edilir. Buna baxmyaraq, etiraf etmək lazımdır ki, hər bir ali təhsil müəssisəsində tələblər və kreditlər fərqlidir, buna görə də tələbələrə və valideynlərə təhsil almaq istədikləri xarici universitet haqqında əlavə məlumatlar əldə etmək üçün öz ölkələrindəki universitetlərdən məsləhət almaları tövsiyə olunur.

Beynəlxalq Bakalavriat Diplomu üçün namizədlər 6 fənn sahəsində kurs işini bitirməli və imtahandan keçməlidirlər. Bu seçilmiş kurslar 10-11-ci siniflərdə iki il müddətinə ardıcıl olaraq öyrənilir.

Fənn sahəsi
Avropa Azərbaycan Məktəbində təklif olunan seçimlər

1-ci qrup: Dil və ədəbiyyatın öyrənilməsi
• Azərbaycan dili və o dildə ədəbiyyat
• İngilis dili və o dildə ədəbiyyat A

2-ci qrup: Dilin mənimsənilməsi
• İngilis dili B
• Rus dili B (Standart)

3-cü qrup: Fərdlər və Cəmiyyətlər 
• Tarix
• Azərbaycan dilində İctimai Elmlər

4-cü qrup: Təbiət elmləri
• Biologiya
• Kimya
• Fizika
• İnformatika

5-ci qrup: Riyaziyyat
• Riyaziyyat (Standart)

6-cı qrup: Seçimə görə əlavə fənlər
• 2, 3 və ya 4-cü qrup fənləri üzrə əlavə qrup

Şagirdlər bu qruplardan hər birindən bir fənn kursu seçməlidirlər. Şagirdlər altı kursdan üçünü daha yüksək səviyyədə, qalan kursları isə standart səviyyədə bitirməlidir. Beynəlxalq Bakalavriat Diplomuna namizəd olmayan şagirdlər Diplom Proqramı kursunu seçmiş şagird kimi istənilən Beynəlxalq Bakalavriat kursu üzrə imtahan verə bilərlər.

Əlavə olaraq, Beynəlxalq Bakalavriat Təşkilatı Beynəlxalq Bakalavriat Diplomu üçün namizədlərin aşağıdakı tələbləri yerinə yetirməsini tələb edir:

Yaradıcılıq, Fəaliyyət, Xidmət (CAS) – CAS Beynəlxalq Bakalavriat Diplomunun şagirdlərə eksperimental təlim imkanları verən əsas hissəsidir. Şagirdlərin CAS-ın üç xarakterik sahəsini əks etdirən genişçeşidli fəaliyyətlər üzrə müxtəlif layihələrdə iştirak edəcəyi gözlənilir. Şagirdlərin bu fəaliyyətlərdə iştirakı minimum 150 saata bərabər olacaqdır və sənədləşdirilərək şagirdlərin CAS üzrə qovluqlarında saxlanılacaqdır.

Bilik nəzəriyyəsi (TOK) – Bu kursun Beynəlxalq Bakalavriat Diplomuna bütün namizədlərə tətbiqi tələb olunur və hər proqram ilində bir semestr ərzində keçirilməlidir. Bu kurs şagirdlərə konsepsiya və arqumentlərin təhlili vasitəsilə özlərinin və başqalarının bilikləri haqqında zəruri məlumatlara yiyələnmək imkanı və eyni zamanda, subyektiv qiymətləndirmə üçün əsas verir. Qiymətləndirmə beynəlxalq müəllimlərin qiymət şkalası əsasında qiymətləndirdiyi esse və yerli müəllimlərin qiymətləndirdiyi təqdimat əsasında aparılır.

Genişləndirilmiş esse. Şagirdlər seçdikləri mövzuda 4000 sözdən ibarət tədqiqat işi yazmalıdırlar. Essenin yazılışının müstəqil öhdəlik olmasına baxmayaraq, Beynəlxalq Bakalavriat İdarəsi tərəfindən təlimatlar, essenin müxtəlif mərhələlərdə yazılması üçün son möhlət tarixi verilir, həmçinin məsləhətçi təyin olunur.