EAS-ın missiyasında deyilir:
“Avropa Azərbaycan Məktəbinin missiyası qlobal iqtisadiyyatda müvəffəqiyyətlə inkişaf etmək və öz icmasına əhəmiyyətli töhfə verməyi təmin etmək üçün hər bir şagirdə şəxsi intizam, motivasiya, təlimdə mükəmməlliyə şərait yaradan təhlükəsiz və dəstəklyici mühitdə hərtərəfli təhsil verməkdən ibarətdir.”

Bizim 6-11-ci siniflər üçün olan Sinifdənkənar Həftə proqramı şagirdlərimizə akademik, sosial və emosional cəhətdən böyümək imkanı yaradır. Bu, məktəb proqramının tərkib hissəsi olub şagirdlər üçün dərsdən əlavə həyata keçirilən səfərlər vasitəsi ilə genişləndirilmiş tədris təcrübəsini təmin edir. Bakıdan kənarda olan bir həftəlik səfər (macəra) zamanı şagirdlər yeni ərazinin coğrafiyası, tarixi, mədəniyyəti və adətlərini kəşf edir və dəyərləndirirlər. Onların özünə əminliyi, özünə inam və müstəqilliyi artır. Qrup şəklində, evdən uzaqda, valideynlərin müşayiəti olmadan səyahət edərkən şagirdlər özlərini daha yaxşı tanıyır və onların yeni təcrübə vasitəsi ilə özlərinə olan inamı artır. Nəticədə, müəllimlər və şagirdlər bir-birilərini yeni formada dəyərləndirməyi öyrənirlər. Onlar geri qayıtdıqdan sonra yaratdıqları müsbət və konstruktiv münasibətləri sinifdə də qururlar. Bu cür yeni təcrübələr şagird və müəllimlərə məktəbdən kənarda olan dünyaya baxmaq üçün pozitiv baxış (“linza” vasitəsilə baxış) yaratmaq imkanı verir. Onlar EAS-a öyrənmək, böyümək və qlobal düşünən vətəndaşlar kimi hərəkət etmək imkanı yaradan təcrübə ilə qayıdırlar.