2016-2017-ci tədris ili üçün Himayədarlar Şurasının təsdiq etdiyi təhsil haqları aşağıda verilmiş cədvəldəki kimidir:

Təhsil pilləsi Təhsil haqqı (manatla) Tələb olunan ilkin ödəniş (depozit)
Erkən Təlim Mərkəzi 5,880 1,176
İbtidai təhsil bölməsi: 1-4-cü siniflər 8,500 1,700
Orta təhsil bölməsi: 5-8-ci siniflər 9,150 1,830
Orta təhsil bölməsi: 9-11-ci siniflər 9,750 1,950

1.Təhsil haqqına ödənişinə illik təhsil haqqı, klub fəaliyyətləri, məktəbli forması, kitablar, yeməklər və texnologiyadan istifadə daxildir.

2.İstənilən proqram üzrə ilkin depozit ödənişi ümumi təhsil haqqının 20%-ni təşkil edir. Depozit şagird məktəbə qəbul edildikdən sonra 7 iş günü ərzində ödənilməli və şagird üçün yer saxlanılmalıdır. Əgər şagird məktəbə qəbul olunduqdan sonra məktəbə gəlməkdən imtina edərsə, o zaman ilkin olaraq ödənilmiş depozit geri qaytarılmır.

3.Əlavə ödənişlər:
Ərizə ilə müraciət üçün ödəniş: Valideyn EAS-a qəbul ərizəsi ilə müraciət etdikdə, şagirdin imtahan iştirakından əvvəl, geri qaytarılmayan 10 manat məbləğində ödəniş etməlidir.

Avtobus xidməti üçün ödəniş: Valideyn övladının il ərzində məktəbin avtobus xidmətindən istifadə etməsini arzu edərsə, ödəniş məbləği nəqliyyat şöbəsinin müəyyənləşdirdiyi cədvələ uyğun olacaqdır.

4.Təhsil haqqının ödənişi üzrə vaxt cədvəli: Təhsil haqqı birdəfəlik və yaxud iki hissə ilə ödənilə bilər. İki hissə ilə ödənildiyi zaman deposit ödənişindən sonra 40%-lik ilkin ödəniş avqustun 31-nə, 40%-lik ikinci ödəniş isə 2017-ci il fevral ayının 1-nə qədər həyata keçirilməlidir.

5.Ödəniş üzrə vaxt cədvəlinə riayət etməmək:
Təhsil haqqı üzrə ödəniş edilmədikdə, bəzi maliyyə cərimələri tətbiq edilə və yaxud şagird məktəbdən kənarlaşdırıla bilər.

6.Şagirdin məktəbdən erkən çıxması ilə bağlı ödənişin geri qaytarılmasına dair siyasət: Əgər yeni qəbul edilmiş şagird 15 sentyabr tarixində və ya ondan əvvəl məktəbdən çıxarsa, onun I yarımil üzrə edilmiş ödənişinin 50%-i geri qaytarılacaqdır, şagirdin məktəbdən çıxışı 15 sentyabr tarixindən sonra olduğu təqdirdə ödənilən məbləğ geri qaytarılmır. Əgər şagird məktəbdən davranışı səbəbindən çıxarılarsa, bu zaman ödənilən təhsil haqqı geri qaytarılmır.

7.Məktəbə gec qəbul olunma üzrə siyasət: Əgər şagird məktəbə I yarımil ərzində qəbul edilərsə, depozit və 40%-lik iIkin ödəniş dərhal, ödənişin digər 40%-i isə 1 fevral tarixinə qədər həyata keçirilməlidir. Əgər şagird məktəbə II yarımildə qəbul edilərsə, təhsil haqqının 50%-i qəbuldan dərhal sonra ödənilir. Təhsil haqqının ödənişi tam şəkildə ödənilmədiyi halda, məktəb şagirdin şəxsi işini və arayışı təqdim etməyəcəkdir.

8.Qardaş/bacı ilə bağlı güzəşt: Eyni ailədən iki uşaq məktəbə qəbul olunarsa, şagirdlərdən birinin təhsil haqqına 20% güzəşt edilir. Bu güzəşt təhsil haqqı az olan şagird üçün tətbiq edilir. Eyni ailədən gələn üçüncü uşaq üçün 10%-lik güzəşt nəzərdə tutulmuşdur.
Qeyd: Erkən Təlim Mərkəzinə qəbul edilən uşaqlar üçün heç bir güzəşt həyata keçirilmir.

9.İtirilmiş, oğurlanmış və ya zərər vurulmuş məktəb əmlakı: Əgər şagird məktəb tərəfindən ona verilmiş dərslik, kitabxana vəsaiti, yaxud iPad və ya ləptop kimi ləvazimatları itirərsə və ya onlara ziyan vurarsa, valideynlər itirilmiş və ya ziyan vurulmuş əşyanın dəyərinin əvəzini ödəməlidirlər.