Himayədarlar Şurası aztəminatlı ailələrdən olan bacarıqlı şagirdlər, Qarabağ müharibəsi veteranlarının övladları, fiziki qüsurlu valideyni olan şagirdlər və ya yüksək təhsil nəticələri göstərən, lakin ailəsinin maliyyə çətinlikləri olan şagirdlər üçün Maliyyə Yardımı Proqramı təklif edir. Maliyyə Yardımına müraciət etmək istəyən valideynlər çəkinmədən məktəbə yaxınlaşa bilərlər. Bu zaman onlar Himayədarlar Şurasının onların müraciətinə baxa bilməsi üçün maliyyə yardımı proqramı üçün nəzərdə tutulmuş ərizə formasını doldurub tələb edilən sənədləri ona əlavə etməlidirlər. Maliyyə yardımı üzrə məlumat 29 mart tarixindən etibarən veriləcəkdir. 10 iyun müraciətlərin təqdim edilməsi üçün son tarixdir.
Qeyd: Son tarixdən sonra proqram üzrə heç bir müraciət forması qəbul edilməyəcəkdir. Himayədarlar Şurası təqdim edilmiş bütün ərizələrə baxacaq və məktəbin direktoru valideynləri verilən qərarlar haqqında məlumatlandıracaqdır.

Ərizə formasını yükləmək