Geyim kodeksi və məktəbli forması

Şagirdlərdən hər zaman məktəbli formasını düzgün və səliqəli şəkildə geyinmələri tələb olunur. Biz inanırıq ki, seçdiyimiz məktəbli forması şagirdlərin səliqəli və işgüzar görünüşünü yaradır və onların EAS icmasının bir hissəsi olduğunu göstərir.

Şəxsi görünüş çox vacibdir və biz şagirdlərimizdən yüksək standartlara uyğun görünmələrini gözləyirik. Çünki bu, eyni zamanda, şagirdin tədrisə olan yanaşmasına da təsir edir.

Şagirdlərimiz məktəbdən kənarda, Bakı şəhərində və yaxud Bakıdan uzaqlarda olarkən bizim səfirlərimiz olurlar və onların nə danışdıqları, necə danışdıqları və görünüşləri EAS icmasının bütün üzvləri barədə təəssurat yaradır.

Məktəb corab/yarımcorab və ayaqqabıdan başqa şagirdləri məktəbli forması ilə təmin edir. Bu təhsil haqqının bir hissəsidir. Valideynlər qaydaya uyğun olaraq, şagirdləri qara ayaqqabı və corabla təmin etməlidirlər.

Qızlar üçün forma:
Ağ qısaqol/uzunqol köynək və zolaqlı qalstuk
Tünd-qırmızı - qəhvəyi rəngdə, üzərində loqo olan qısaqol və uzunqol köynək (polo)
Qara rəngli qırçınlı ətək/ətək-şort
Tünd-qırmızı - qəhvəyi rəngdə qısaqol jilet
Tünd-qırmızı - qəhvəyi rəngdə pencək

Ayaqqabı:
Sadə qara corab/yarımcorabla sadə qara dəri ayaqqabı

Oğlanlar üçün forma:
Ağ qısaqol/uzunqol köynək və zolaqlı qalstuk
Tünd-qırmızı - qəhvəyi rəngdə, üzərində loqo olan qısaqol və uzunqol köynək (polo)
Tünd-qırmızı - qəhvəyi rəngdə qısaqol jilet
Tünd-qırmızı - qəhvəyi rəngdə, üzərində loqo olan pencək
Aşağı sinif oğlanları üçün:
- Qara rəngli, beli rezinli şalvar
Yuxarı sinif oğlanları üçün:
- Qara rəngli düz şalvar

Ayaqqabı:
Adi qara dəri ayaqqabı adi qara corabla

Xarici görünüş:

• Şagirdlər qol saatı taxa bilərlər.
• Qızlar yalnız bir cüt kiçik sırğa taxa bilərlər. Fiziki tərbiyə və üzgüçülük dərsləri zamanı sırğalar çıxarılmalıdır.
• Heç bir makiyaj və ya dırnaq boyasından istifadə edilməməlidir.
• Köynəklərin və bluzların aşağı hissəsi hər zaman ətəyin/şalvarın içərisinə salınmalıdır.
• Qalstuklar ən yuxarıdakı düyməni örtmək şərtilə bağlanmalıdır.

Valideynlər üçün qeyd:
Xahiş edirik, məktəbli formasına aid geyimlərin içərisində şagirdin adı və sinfini aydın şəkildə qeyd edəsiniz.