Avropa Azərbaycan Məktəbi səhər saat 8:00-dan etibarən işləyir.

Dərslər saat 8:30-da başladığı üçün bütün şagirdlər səhər saat 8:25-ə qədər sinifdə olmalıdırlar. Məktəbdə dərslər saat 16:00-da tamamlanır.

Çərşənbə günü qısa dərs günüdür. Bütün ilboyu çərşənbə günlərində dərslər saat 15:00-da bitir. Bu vaxt ərzində isə biz müəllimlərin peşəkar inkişafını və daim yüksək səviyyədə xidmət göstərən məktəb olaraq qalmağımız üçün görüşləri/iclasları təmin edirik. Klub fəaliyyətləri də saat 16:00-da məktəbdə dərs vaxtının bitməsinə qədər həyata keçirilir. Məktəbimizin həftəlik iş qrafiki bazar ertəsi - cümə günlərini əhatə edir, şənbə və bazar günləri isə istirahət günləridir.