Qari Qrippin, direktor
EAS-da vəzifəyə təyin olunanda təsisçilərin Azərbaycanda Qərb və beynəlxalq təcrübələrin ən qabaqcıl nümunələri ilə Azərbaycan mədəniyyəti və cəmiyyəti nümunələrinin vəhdətindən ibarət bir məktəb modeli yaratmaq haqqında baxışları məndə maraq doğurdu.

Universitet səviyyəsində tədris fəaliyyətimdən sonra mən inzibati karyerama otuz ildən bir qədər əvvəl xaricdə başlamışam. Venesuelanın Karakas şəhərində mən orta məktəb direktoru, sonra isə İtaliya, Myanmar, Türkiyə və Gürcüstan Respublikasında məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Demək olar ki, işlədiyim bütün məktəblərdə Beynəlxalq Bakalavriat proqramı ilə  sıx şəkildə işləmiş və üç müxtəlif məktəbdə Beynəlxalq Bakalavriatın həm Diplom Proqramı, həm də İbtidai Təhsil Proqramını həyata keçirmişəm. Mənim kurikulum və şagirdlərin qiymətləndirilməsi sahələrində uzun müddətli bir təcrübəm var və üç il ərzində Türkiyənin Bilkent Universitetinin Təhsil üzrə fakültəsinin magistratura və doktorantura pilləsində müəllim kimi fəaliyyət göstərmiş və müəllimlərin hazırlanmasında iştirak etmişəm. Rəhbərlik etdiyim məktəblərin hər birində sinif fəaliyyətimi davam etdirmişəm və hazırda EAS-da Beynəlxalq Bakalavriatın Bilik Nəzəriyyəsi fənnini tədris edirəm. Təhsil sahəsində mənim üçün başlıca motivasiya hər zaman “funksional məktəblər” yaratmaq – yəni şagirdlərin öyrənmə mühitini və rifahını yüksək səviyyədə yaxşılaşdırmaq üçün effektiv tərəfdaşlıq yaratmaq olmuşdur.

Thomas Toth - ibtidai təhsil üzrə direktor
İbtidai təhsil üzrə direktor kimi Sizi Avropa Azərbaycan Məktəbində salamlayır və xoşgəlmisiniz deyirəm. Son 3 onillik ərzində mən başlıca olaraq Kanadada və dünyanın bir sıra beynəlxalq məktəblərində müəllim, universitetdə mühazirəçi, məktəb rəhbəri və təhsil üzrə məsləhətçi vəzifələrində çalışmışam. Daha əvvəl Azərbaycanda 6 il ərzində yaşadığım üçün mənim Azərbaycan mədəniyyətini öyrənmək və bu mədəniyyətin tərənnüm edildiyi iş mühitində çalışmaq, onun bir sıra keyfiyyətlərini və dəyərlərini Avropa Azərbaycan Məktəbində də həyata keçirilən IB/PYP proqramının hərtərəfli təhsil standartları və beynəlxalq istiqamətinə uyğun şəkildə bir vəhdətini yaratmaq imkanım olmuşdur. Mən Avropa Azərbaycan Məktəbində akademik mükəmməllik üzrə meyarları   davamlı olaraq dəstəkləməyə və övladlarınızı uğurlu gələcəyə hazırlamaq üçün onlara mümkün olan ən yaxşı təhsilin təmin edilməsinə çalışacağam.

Ceyms Anderson - orta təhsil üzrə direktor
Sizi Avropa Azərbaycan Məktəbində salamladığım üçün çox şadam. Adım Ceyms Andersondur. Avropa Azərbaycan Məktəbində orta təhsil üzrə direktoram. Xarici ölkələrdə keçirdiyim son 30 il ailəm və mənim üçün böyük macəra olmuşdur. Mən 5 müxtəlif qitədə yaşamış və bir sıra yüksək səviyyəli beynəlxalq məktəblərdə işləmişəm. Bu müddət ərzində müəllim və məşqçi, proqram koordinatoru, direktor və inzibati məktəb rəhbəri kimi vəzifələrdə, beynəlxalq məktəb üzrə məsləhətçi və universitetdə mühazirəçi müəllim kimi işləmişəm. Bütün bu təcrübələr məni bir müəllim kimi formalaşdırmışdır. Mən “ömür boyu öyrənmə”nin tərəfdarıyam. Mənə belə gəlir ki, özünə inanan və uğurlu hər bir vətəndaş heç vaxt öyrənməni dayandırmamalıdır. Mən bu fikrimi müəllim heyəti, şagirdlər və valideynlər ilə birlikdə öz işimdə əks etdirirəm. Avropa Azərbaycan Məktəbinin heyəti sizin övladlarınızı akademik sahədə təşviq etməyə, bir öyrənci kimi ruhlandırmağa ümid edir, onların savadlı, qayğıkeş və sadiq vətəndaş kimi inkişafını dəstəkləyir. Bizim Avropa Azərbaycan Məktəbində tədris proqramı xarakterinə görə Azərbaycan, hədəfinə görə isə qlobal məna kəsb edir.

Sizi məktəbimiz, onun təhsil proqramları haqqında daha ətraflı məlumat əldə etməyə dəvət edirəm.

Validə Həsənova - ibtidai təhsil üzrə direktor müavini
Mən əvvəllər həm direktor müavini, həm də ibtidai siniflərdə müəllim olmaqla yanaşı, Azərbaycan dili və riyaziyyat fənlərindən kurikulum standartlarının hazırlanmasında və qiymətləndirilməsində işçi qrupunun üzvü, müəllimlərin yenidən hazırlanmaları üçün təşkil olunmuş təlimlərdə təlimçi kimi fəaliyyət göstərmişəm. Öyrənməyi və öyrətməyi sevirəm. Dərslərdə şagirdlər üçün ən yaxşı öyrənmə metodlarındanistifadə edirəm yaratdığıma və onların öyrənməyi sevmələrinə səbəb olduğum üçün qürur duyuram. Əminəm ki, şagirdlərimiz Avropa Azərbaycan Məktəbini həmişə xatırlayacaqlar.
Püstəxanım Səfərova - orta təhsil üzrə direktor müavini
Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm. Milli və ümumbəşəri dəyərlərin formalaşmasında, qabaqcıl beynəlxalq tədris təcrübəsinin tətbiqində, onun milli kurikulumla uyğunlaşdırılmasında fəal iştirak edirəm. Uğurlu nəticənin qazanılması düzgün planlaşdırmadan asılı olduğuna görə bir təşkilatçı olaraq uğurlu nəticəni hədəf olaraq seçir, bu istiqamətdə müəllim və şagirdlər arasında demokratik mühitin yaradılmasına çalışıram.
Elxan Vəlikxanov - biznes meneceri
Məktəbdə fəaliyyətimi qiymətləndirmə və monitorinq şöbəsinin əməkdaşı və sonradan rəhbəri kimi başlasam da, hal-hazırda məktəbin biznes meneceri vəzifəsində işimi davam etdirirəm. Əvvəllər Təhsil Nazirliyi ilə Dünya Bankının birgə layihəsində, beynəlxalq şirkətlərin (BP, AMOCO, Holcim- Azərbaycan) təhsillə bağlı olan bir neçə layihələrində menecer kimi fəal iştirakımın Avropa Azərbaycan Məktəbində biznes meneceri vəzifəsində işləməyimə köməyi olub. Məktəbin dövlət və qeyri-dövlət qurumları ilə səmərəli əlaqələrinin qurulması, təhlükəsizlik, nəqliyyat, təchizat, təmir və təmizlik həyati vacib məsələlərinin öhdəsindən gəlməyə çalışaraq, bunların hamısını tədrisin təşkil olunması üçün vacib və mühüm bilirəm.
Amalya Sezgin - İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktor
Avropa Azərbaycan Məktəbinin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktoru kimi sizi salamlayıram. Məktəbin fəaliyyətə başladığı 2011-ci ildən onun rəhbərliyində çalışmağımdan çox məmnunam. Əvvəllər məktəb direktoru vəzifəsində çalışmasam da, 17 il universitet müəllimi və uzun müddət beynəlxalq təhsil layihələrində koordinator kimi işləməyim və orta məktəb müəllimlərinin peşəkarlığının artırılması sahəsində qazandığım təcrübə mənə məktəbə rəhbərlik etməkdə böyük köməklik göstərmişdir. Mən hər zaman demokratik idarəetmə üsulunu dəstəkləmiş və öz nümunəmdə bunu göstərməyə çalışmışam. Bununla yanaşı, beynəlxalq təcrübəni öyrənmək və onun üstün cəhətlərini Avropa Azərbaycan Məktəbində tətbiq etmək əzmindəyəm. Ümid edirəm ki, şagirdlərin qloballaşan dünyada cəmiyyətimizin layiqli vətəndaşları kimi yetişdirilməsində məktəbimizin əhəmiyyətli rolu olacaqdır.
Şəhla Axundova - Baş Maliyyə direktoru
Hamınızı salamlayıram və rəhbərliyə maliyyə departamentinin idarə edilməsini mənə həvalə etdiyinə görə minnətdarlığımı bildirirəm.
Azərbaycan, Şərqi və Qərbi Avropa və Mərkəzi Asiyada mühüm təcrübə qazandığım peşəkar fəaliyyətim müddətində hər zaman maliyyə idarəetməsi, maliyyə proqram və sistemlərinin yaradılması və proqramlaşdırılması sahəsində bilik və bacarıqlarımı artırmağa çalışmışam. Əvvəlki iş yerlərində beynəlxalq təşkilatlarda regional maliyyə meneceri kimi sadələşdirilmiş hesabat formaları hazırlamışam və bunlar baş ofislər tərəfindən təsdiqlənərək uğurla tədbiq edilmişdir. Bu hesabat formaları bu gün də Asiyada, Şərqi və Qərbi Avropada vahid mərkəzləşdirilmiş hesabat sistemi kimi tədbiq edilir.
Ümid edirəm ki, maliyyə sahəsində təcrübəm məktəb üçün faydalı olacaqdır.