EAS-ın Erkən Təlim Mərkəzi proqramı Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramının (PYP) birinci mərhələsini təşkil edir və dörd və beş yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Erkən yaş dövründə tədris və təlim kiçik yaşlı uşaqların təhsil, intellektual, sosial, fiziki, və emosional inkişafını təmin etmək məqsədi daşıyır. Bu proqram IB Şagirdinin Təsvirinə uyğun olaraq, beynəlxalq səviyyəli düşüncə tərzi və güclü şəxsi dəyərlər də daxil olmaqla, müxtəlif xüsusiyyətlər aşılamağa yönəldilmişdir. Bizim Erkən Təlim Mərkəzində tədris və təlim ikidilli prinsip əsasında həyata keçirilir və şagirdlərə ibtidai məktəbə daxil olmaq üçün mükəmməl hazırlıq verilir.

Şagirdləri yaşına uyğun şəkildə ibtidai məktəbin digər sinif səviyyələrində olduğu kimi,fənlərarası tədqiqat mövzuları vasitəsilə yerli və qlobal səviyyələrdə əhəmiyyət kəsb edən məsələlərlə tanış etməklə yanaşı, erkən yaş dövründə  ibtidai təhsil proqramı oxu-yazı, riyaziyyat fənləri üzrə əsas bacarıqların inkişaf etdirilməsi ilə də məşgul olur. İbtidai təhsil pilləsində digər sinif səviyyələrindən fərqli olaraq, erkən yaş dövründə altı deyil, ildə yalnız dörd fənlərarası tədqiqat mövzusunun öyrədilməsi tələb olunur.