EAS-da Beynəlxalq Bakalavriatın ibtidai təhsil proqramı (PYP) məktəbəqədər təhsildən IV sinfin sonunadək şagirdlərin təhsil ehtiyaclarını təmin edir. Bu IB Proqramlarının birincisidir və IB-in sonrakı proqramları üçün mükəmməl özülü təmin edir.

İbtidai təhsil proqramı şagirdlərin təhsil, sosial və emosional səviyyəsini inkişaf etdirməyə yönəldilmişdir. Bu proqram IB şagirdinin təsvirinə uyğun olaraq, beynəlxalq səviyyəli düşüncə tərzi (intellekt) və güclü şəxsi dəyərlər də daxil olmaqla, müxtəlif xüsusiyyətlər aşılamaq məqsədi daşıyır. Bu proqram məktəbin əsas dil(lər)ində tədris olunur.

İbtidai təhsil proqramı təlimin ənənəvi fənn sahələrinin hüdudlarından kənara çıxaraq, altı fənlərarası tədqiqat mövzusu ətrafında qurulduğu kurikulumda yerli və qlobal xatrakterli məsələləri birləşdirir. Bu mövzulara "Biz kimik", "Məkan və zaman baximindan biz haradayiq", "Biz özümüzü necə ifadə edirik", " Dünya necə qurulub", " Fəaliyyətimizi necə təşkil edirik", "Planetdən birgə istifadə edilməsi" daxildir. IV sinfin sonunda şagirdlər şəxsi layihə və ya sərgi hazırlayırlar.