IB-nin Diplom Proqramı şagirdləri universitetdə və ondan sonrakı həyatda müvəffəqiyyət qazanmağa hazırlayan, yekun imtahanı olan, təhsil üzrə bacarıqları sınayan və müvafiq şəkildə uyğunlaşdırılmış təhsil proqramı kimi təşkil olunmuşdur. Bu proqram iki il müddətində tədris edilir və dünyanın aparıcı universitetləri (http://www.ibo.org/diploma/) tərəfindən tanınır və hörmət edilir. Altı qrupun hər birindən bir fənn öyrənməklə yanaşı, şagirdlər geniş esse yazır, 150 saatı əhatə edən dərsdənkənar fəaliyyətlərdə (CAS) iştirk edir və Bilik Nəzəriyyəsini (TOK) öyrənirlər.

IB Programme