Beynəlxalq səviyyədə işəgötürmə:

Hazırda heç bir vəzifə üzrə vakansiya yoxdur.

Yerli səviyyədə işəgötürmə:

Bakıda fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbi (EAS) tədrisi ingilis dilində aparan yüksək ixtisaslı yerli müəllimləri müsabiqə yolu ilə işə qəbul edir.

2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Avropa Azərbaycan Məktəbində təlim iki dildə - Azərbaycan və iniglis dillərindədir. Avropa Azərbaycan Məktəbində tədris həm Azərbaycan Milli Kurrikulumunu, həm də IB (Beynəlxalq Bakalavriat) proqramını özundə birləşdirən inteqrativ kurikulum əsasında aparılır.

EAS-ın erkən təlim, ibtidai və orta təhsil şagirdləri üçün müvafiq olaraq inşa etdiyi məktəb binalarında xüsusi təlim və öyrənmə imkanları, ixtisaslaşmış laboratoriyalar, musiqi və incəsənət mərkəzləri, idman zalı və üzgüçülük hovuzu olan idman kompleksi, rəqs studiyası, dram, musiqi və rəqs üzrə ifa mərkəzi, 800 nəfərlik akt zalı və kitabxanaları vardır. Hər bir məktəbdə bütün şagirdlər iPad və noutbuklardan istifadə etmək imkanına malikdirlər. Məktəb şagirdlərin şəxsi inkişafını və fərdi müvəffəqiyyətini artırmaq və dəstəkləmək məqsədilə innovativ təlim və tədris proqramlarını həyata keçirir.

EAS əhəmiyyətli dərəcədə inkişaf edir və məktəb onun komandasına qoşulmaq üçün tədrisi ingilis dilində aparan yüksək ixtisaslı, xüsusi təlimdən keçmiş, təcrübəli, motivasiyalı yerli müəllim axtarır. 2016-ci ilin sentyabr ayından işə başlamaq üçün aşağıdakı vəzifələr üzrə vakansiyalar mövcuddur:

Orta məktəb üzrə (tədrisi ingilis dilində aparan)
-Kimya, fizika, biologiya müəllimləri
-Riyaziyyat müəllimləri
-Tarix müəllimləri (Dünya tarixi)
-Rus dili müəllimləri

Peşəkar tələblər:
-Ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük verilir);
-Ən azı iki il müəllimlik təcrübəsi;
-İngilis dilində yaxşı danışmaq bacarığı;
-MS Office, Excel və Power Point kimi standart kompüter proqramlarından mükəmməl istifadə bacarıqları və bilikləri;
-İnteraktiv təlim və tədris metodlarını tətbiq etmək bacarıqları.

CV-də aşağıdakı məlumatlar əks olunmalıdır:
-İddiaçının soyadı, adı, atasının adı;
-Doğum tarixi;
-Təhsil haqqında ətraflı məlumat;
-İş təcrübəsi haqqında ətraflı məlumat;
-İddiaçı barədə zəmanət verə biləcək 2 şəxsin adı və əlaqə nömrələri.

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir.

Uğurlu namizədlər ilkin mərhələdə aşağıdakı sahələr üzrə bilik və kompetensiyaları araşdırılacaqdır:
-Tədris etdiyi fənn və ingilis (rus) dili üzrə test;
-Kompüter bacarıqları üzrə test.

İkinci mərhəldə uğurlu namizədlər pedaqoji esse yazacaq. İkinci mərhələni müvəffəqiyyətlə keçmiş namizədlər məktəbdə dərs nümayiş etdirməklə onların müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları araşdırılacaqdır.

Ərizələrin qəbul qaydaları

 Maraqlanan şəxslər niyyət məktubunu və tələblərə uyğun təcrübə və keyfiyyətləri özündə əks etdirən CV-ni hr@eas.az elektron poçt ünvanına göndərməlidirlər. Niyyət məktubu olmayan CV-lərə baxılmayacaq. CV-ni göndərərkən elektron poçt ünvanının mövzü hissəsində sənədlərin hansı elan üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir.
Sənədlərin təqdim olunmasının son tarixi 30 aprel 2016-cı ildir.

Avropa Azərbaycan Məktəbi

Avropa Azərbyacan Məktəbi  (EAS) Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis olunmuş özəl məktəbdir və 2011-ci ildə 5-8-ci siniflərdə 95 şagird olmaqla fəaliyyətə başlamışdır. 2012-ci ilin sentyabrında ibtidai təhsil pilləsi açılmış və hal-hazırda məktəbdə 600 şagird təhsil alır. 2014-cü il noyabr ayından başlayaraq EAS-da Erkən Təlim Mərkəzi (ELC) fəaliyyətə başlamış və hazırda mərkəzin 50 şagirdi var. EAS-da 90-a yaxın yerli və 25 xarici müəllim, köməkçi müəllim, 100-ə yaxın inzibatı və yardımçı heyət fəaliyyət göstərir.

Avropa Azərbaycan Məktəbinin missiyası qlobal iqtisadiyyatda müvəffəqiyyətlə inkişaf etmələri və öz icmalarına əhəmiyyətli şəkildə töfhə vermələrini təmin etmək üçün hər bir şagirdə şəxsi intizam, motivasiya, təlimdə mükəmməlliyə şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli təhsil verməkdən ibarətdir.
EAS IB (Beynəlxalq Bakalavriat Proqramı) məktəbidir və PYP ( İbtidai Məktəb üçün Proqram) və IB Diplom Proqramını həyata keçirir. Məktəb öz işçi heyətinə yüksək əmək haqqı təklif edir.